Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
“Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat edib”,-deyə mənbə bildirir.
Bolat Nazarbayevin Almatı mərkəzi klinik xəstəxanasında öldüyü təsdiqlənib.
Qeyd edək ki, Bolat Nazarbayev “Şamalgan” kolxozunun direktor müavini, Kaskelen çörək zavodunun direktor müavini olub, bizneslə məşğul olub. “İkar-Aqro” şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb, “BN Invest” holdinqin direktoru olub. 2016-cı ildə Bolat Nazarbayev yoxsul həmvətənlərə kömək etmək üçün xeyriyyə fondu yaradıb.
Yeganə