"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Nüfuzlu yəhudi təşkilatı Azərbaycanı müzakirə etdi

27 Mart 2017 - 10:13
in XƏBƏR LENTİ
FacebookVatsap

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerikanın ən nüfuzlu yəhudi təşkilatı – Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2017-ci il üçün siyasi konfransı keçirilir.

Bunu da oxuyun

Ölüm yalnız onu gizlədə bildi!

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Magistratura imtahanının nəticələri elan olunub

Hər il keçirilən və cari ildə 19 min iştirakçını bir araya gətirən bu konfrans çərçivəsində 26 mart tarixində Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilən “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminar təşkil olunub.

Artıq neçə illərdir AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edilən seminarda əsas natiq qismində çıxış edib. Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının icraçı direktoru Mark Levinin moderatorluğu ilə keçən seminarda, həmçinin Hayfa Universitetinin professoru, hal-hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şeyfer və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Kornel çıxış edib.

Qeyd etmək lazımdır ki, Amerikada olduqca nüfuzlu siyasi tədbir olan AIPAC konfranslarında başlıca olaraq ABŞ və İsraillə əlaqədar müzakirələr təşkil edilsə də Azərbaycanın dünyadakı roluna dair xüsusi tədbirin keçirilməsi artıq bir ənənəyə çevrilib və bu da bir daha ölkəmizin artan strateji əhəmiyyətindən xəbər verir.

E.Süleymanov Azərbaycanda müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin əsrlərlə dostluq şəraitində yaşadığını qeyd edib. Səfir İsrailin Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu bildirib. İsrailin yüksək səviyyəli dövlət rəsmilərinin Azərbaycana tez-tez səfərlər etdiyini xatırladan səfir, sonuncu belə səfərin keçən ilin dekabr ayında Baş nazir Benjamin Netanyahu tərəfindən həyata keçirildiyini vurğulanıb və bu cür səfərlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxardığını vurğulanıb.

Müsəlman şərqində ilk respublikanın 1918-ci ildə Azərbaycanda təsis edildiyini bildirən səfir, ölkəmizin proqressiv cəmiyyət olduğunu, müsəlman icmamızın öz dini ilə fəxr hissi duymaqla bərabər digər dini icma üzvlərinə də hörmətlə yanaşdığını qeyd edib.

E.Süleymanov Azərbaycan və ABŞ-ın enerji və terrorizmə qarşı mübarizə sahəsində yaxından əməkdaşlıq etdiyini bildirib və ABŞ-ın regionun enerji layihələrinə davamlı dəstəyinin çox vacib olduğunu qeyd edib. Səfir, həmçinin hazırkı mürəkkəb geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edib.

Öz çıxışlarında Svante Kornel və Brenda Şeyfer Azərbaycanın tolerant və açıq cəmiyyət olduğunu bildimiş və ölkə rəhbərliyinin bu istiqamətdə olduqca vacib rolundan danışıblar. Ekspertlər Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və ölkədə 1 milyondan çox məcburi köçkünün olmasına baxmayaraq cəmiyyətin radikalizmdan imtina etdiyini və hökumətin əsas iqtisadi resursları inkişafa yönləndirdiyini qeyd edibər.

Martın 28-də yekunlaşması nəzərdə tutulan AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin çox sayda üzvlərinin, habelə bir sıra yüksək vəzifəli rəsmilərin iştirakı nəzərdə tutulur. Konfransda ABŞ vitse-prezidenti Mayk Pens, ABŞ-ın BMT yanında daimi nümayəndəsi, səfir Nikki Haley, ABŞ Nümayəndələr Palatasının spikeri Paul Rayn, ABŞ Senatında respublikaçı çoxluğun rəhbəri Miç Makkonel və demokrat azlığın rəhbəri Çak Şumer, ABŞ Nümayəndələr Palatasında respublikaçı çoxluğun rəhbəri Kevin Makkarti və demokrat azlığın rəhbəri Nensi Pelosi və bir çox yüksək vəzifəli senator və Nümayəndələr Palatasının üzvləri çıxış edəcəklər.

 

Previous Post

Nüfuzlu yəhudi təşkilatı Azərbaycanı müzakirə etdi

Next Post

Yadplanetlilərlə görüşümü Eltsinə dedim

Bənzər yazılar

Ölüm yalnız onu gizlədə bildi!

Ölüm yalnız onu gizlədə bildi!

30 İyul 2026 - 17:04

Böyüklük fiziki göstərici, yaşla bağlı olmur. Böyüklük insanla doğulur, ruhunda onunla birlikdə hamıdan xəbərsiz yol gedir. İnsanların çoxu yalnız özü...

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57

Polşa və Ukrayna arasında raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib. Elchi.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri...

Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Elchi.az...

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45

Banqkokun Latphrau rayonundakı "Rong Beer Na Lat Phrao" pabında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 37-yə çatıb. Elchi.az...

Next Post

Yadplanetlilərlə görüşümü Eltsinə dedim

Yadplanetlilərlə görüşümü Eltsinə dedim

Son xəbərlər

Latviya DİN-i vətəndaşlarına Belarusiyaya getməməyi tövsiyə edib

Latviya DİN-i vətəndaşlarına Belarusiyaya getməməyi tövsiyə edib

30 İyul 2026 - 17:59
Pakistan Qətər qazının təhlükəsiz keçidi üçün İranla razılığa gəlib

Pakistan Qətər qazının təhlükəsiz keçidi üçün İranla razılığa gəlib

30 İyul 2026 - 17:48
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirildi

Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirildi

30 İyul 2026 - 17:45
Doktorantura ixtisaslarının təsnifatına 3 yeni ixtisas əlavə edilib

Doktorantura ixtisaslarının təsnifatına 3 yeni ixtisas əlavə edilib

30 İyul 2026 - 17:37
AZAL Qarsa uçuşlara başlayıb

AZAL Qarsa uçuşlara başlayıb

30 İyul 2026 - 17:25
Kosmonavt Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Kosmonavt Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

30 İyul 2026 - 17:16
Hindistan Modinin paylaşımını silən “Meta” rəhbərliyini izahat üçün çağırdı

Hindistan Modinin paylaşımını silən “Meta” rəhbərliyini izahat üçün çağırdı

30 İyul 2026 - 17:09
Ölüm yalnız onu gizlədə bildi!

Ölüm yalnız onu gizlədə bildi!

30 İyul 2026 - 17:04
Yaponiya təlimlərdə ilk dəfə “Tomahawk” raketlərini sınaqdan keçirib

Yaponiya təlimlərdə ilk dəfə “Tomahawk” raketlərini sınaqdan keçirib

30 İyul 2026 - 16:58
Azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qalıb

Azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qalıb

30 İyul 2026 - 16:46
Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

30 İyul 2026 - 16:39
İlham Əliyev Qırğızıstanda səfərdədir

İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul 2026 - 16:35
Dövlət qurumlarının xarici borcları açıqlandı

Dövlət qurumlarının xarici borcları açıqlandı

30 İyul 2026 - 16:23
İranın “Tramp marşrutu” ilə bağlı iddiasına Paşinyandan cavab

İranın “Tramp marşrutu” ilə bağlı iddiasına Paşinyandan cavab

30 İyul 2026 - 16:11
Ukrayna Avropa Komissiyasından milyardlarla avro dəyərində tranş alıb

Ukrayna Avropa Komissiyasından milyardlarla avro dəyərində tranş alıb

30 İyul 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.