Norveçdən Ukraynaya DƏSTƏK

43

Norveç Müdafiə Nazirliyi Ukraynaya 10 min müasir artilleriya mərmisi göndərdiyini açıqlayıb.

Elchi.az bu barədə Türkiyə mediasına istinadən məlumat verir.

Norveçin müdafiə naziri Byorn Arild Qram ölkəsinin dövlət televiziyası NRK-a verdiyi açıqlamada Ukraynanın müdafiəyə çox ehtiyacı olduğunu və bu səbəbdən ölkəyə 10 min uzaq mənzilli artilleriya mərmisi göndərdiklərini bildirib.

Rusiya müharibəsinin başladığı gündən bu yana Ukraynaya 600 min avroluq hərbi yardım göndərdikləri barədə məlumatı paylaşan Qram qeyd edib:

“Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinə icazə verə bilmərik”.

Qram Ukraynaya göndərdikləri artilleriya mərmilərinin 30 min kilometr uzaqlıqdakı hədəfləri vura bildiyini, mərmilərin M109 özüyeriyən haubitsalarında istifadə edildiyini bildirib.

 Yeganə