Norveçin müdafiə naziri Byorn Arild Qram martın sonunda Norveçdən Ukraynaya “Leopard 2” tanklarının göndəriləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Norveçin müdafiə nazirinin sözlərinə görə, ölkənin arsenalında 36 “Leopard 2” tankı var.
Qram əlavə edib ki, hazırda təhvil veriləcək döyüş maşınlarının sayı ilə bağlı məsələ həll edilir və transfer martın sonuna qədər baş tutacaq.
“Hələ rəqəmlə bağlı qərar verməmişik. Ümid edirik ki, bu, ən qısa zamanda həyata keçiriləcək”, – Norveçin müdafiə naziri bildirib.
Yeganə