Norveç ABŞ-dan 500 milyon dollara qırıcı raketlər alır

40

Norveç hakimiyyəti F-35 qırıcıları üçün hava-hava tipli AMRAAM-D raketlərinin alınması üçün təxminən 5 milyard Norveç kronu (təxminən 500 milyon dollar) dəyərində ABŞ ilə ölkə tarixində ən böyük sövdələşməyə imza atıb.

Elchi.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu, həm Norveçin müdafiə qabiliyyətinin artırılması, həm də Norveç-Amerika əməkdaşlığı üçün çox mühüm addımdır”, – Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

O qeyd edib ki, hazırkı qeyri-sabit təhlükəsizlik şəraitində belə razılaşmaların əldə edilməsi çox vacibdir.

Raketlər 2028-ci ilə qədər krallığa veriləcək.(report)