Fevralın 11-də Minskdə Rusiya-Ukrayna münaqişəsinin çözümü ilə bağlı “Normand formatı”nda danışıqlar baş tutub. Fransa prezidenti Fransua Olland, Almaniyanın federal kansleri Angela Merkel, Ukrayna prezidenti Petro Poroşenko, Rusiya prezidenti Vladimir Putin axşam saatlarında sülh planının müzakirəsi üçün Belorus paytaxtında bir araya gəliblər.
Birgə müzakirələrə başlamazdan öncə Almaniya kansleri Merkellə Fransa prezidenti Olland Ukrayna və Rusiya prezidentləri ilə ayrı-ayrılıqda qısa görüş keçirib. Fransa xəbər qaynaqları bu informasiyanı danışıqlardan öncə “nəbz yoxlaması kimi” dəyərləndirib.
Görüşdən öncə açıqlama verən liderlər bildiriblər ki, əsas məqsəd tərəflər arasında davamlı atəşkəs haqqında razılaşmanın əldə edilməsidir.
Belçika, Niderland, Lüksemburq və İsveç oktyabrın 1-dən etibarən Rusiyanın qeyri-biometrik xarici pasportlarını qəbul etməyi dayandırıb. Elchi.az xəbər verir ki, bu...
Almaniya Federal Şəbəkə Agentliyi elektromobil sahiblərinə avtomobil batareyalarından evləri qidalandırmaq və elektrik enerjisini şəbəkəyə ötürmək üçün istifadə etməyə icazə verib....
Ermənistan hökumət oktyabrın 1-də keçirilən iclasında “Ermənistan Respublikasının 2027-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini təsdiqləyib. Elchi.az xəbər verir...