"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Nöqsanlar aşkar ediləndə- YUNUS OĞUZ yazır

02 Sentyabr 2022 - 13:25
in KÖŞƏ YAZILARI
FacebookVatsap

YUNUS OĞUZ

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

FELYETON

Son zamanlar məni bir cümlə ürpədir: nöqsanlar aşkar edilib, filan yerdə…Ay canım, nə qədər nöqsanlar aşkar edilər? Özü də nöqsan yox, nöqsanlar, yəni cəm şəklində..Kimsə səhv edib işində, yenə…yenə…,yığışıb nöqsanlara çevrilib.Bəlkə heç səhv etməyib, bilə-bilə edib? Hə,qardaş, burada Əslinin yaxasının düymələrini aça bilmədiyindən Kərəmi ağlamaq yox, od tutub.”Yanğınsöndürənlər”gələnə qədər yazıq külə dönüb.Əsli də başını bulaya-bulaya evinə qayıdanda ürəyində deyib: “Hayıf Kərəmdən! Yaxşı odlanmağı vardı.”Bax, burada “yanğınsöndürən” neynəsin? Adam alışa-alışa yanıb külə dönüb.Əgər Kərəm bilmədən o düymələri açmayıbsa, nöqsandır.Yox bilə-bilə bunu etməyib özünü oda veribsə, hə, bu artıq korrupsiyadır.Bununla da bizim korrupsiya idarəsi məşğul olur.Hə,nöqsan ayrı, korrupsiya ayrı.

Yadıma sovetlərdən qalma bir lətifə düşdü.Deməli, iki nəfər görüşür, biri o birisindən soruşur:

-Qardaş,əgər mən bu sovet hökumətindən razıyamsa,rahat yaşaya bilərəm?

Həmsöhbəti ona cavab verir:

-Razısansa, səninlə “obexis”( iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsi)məşğul olacaq, razı olmağının səbəblərini araşdıracaq.

O birisi bir qədər fikirləşib yenə soruşur:

_Bəs əgər bu hökumətdən razı deyiləmsə, onda necə olacaq?

Həmsöhbəti düşünmədən deyir:

-Onda səninlə KQB (Dövlət Təhlükəsizlik Komitəsi) maraqlanacaq.

İndi biz də həmin dövrün elə bil orta pilləkanında oturmuşuq. Sadəcə olaraq, indi bizdə adlar dəyişib. Səhv buraxdın, Hesablama Palatası məşğul olur. Nöqsan da isə artıq məsələ böyüyür, gedib çıxır korrupsiya ilə mübarizə idarəsinə. Hə, bu məsələ bir az da böyüsə, şişsə, genəlsə, onda Dövlət Təhlükəsizlik Xidməti acı bağırsaq kimi uzanan bu böyümənin, şişmənin, genəlmənin qarşısını alır, ictimai təhlükəyə çevrilməsinə imkan vermir. O zaman gözünə döndüyüm “qara niqablılar” kəsir nöqsan edənin başının üstünü. Nə yemisən, turşulu aş. Yox, yox, elə fikirləşməyin ki, onlar nöqsan edəni eşşək sudan qayıdana kimi çırpırlar. İndi naftalin iyi verən metodlardan çoxdan, bilmərrə əl çəkmişik. İndi iyirminci əsrdə qalan bu iyrənc, ürək bulandıran, adamın gözünün odunu alan üsullara hacət yoxdur. İndi daşdan keçən faktlar və yeşik-yeşik xarici valyutalar adamın gözünü və başqa yerini tikan kimi deşdiyindən keçən əsrin əzab üsulları lüzumsuz kimi görünür.

Bir də görürsən elə xəbərlər sızdırırlar ki, adamın dəymişi dura-dura, kalı tökülür. İçindən od tutub yanmağa başlayırsan. Buna “yanğınsöndürən” neyləsin? Kərəm olma, odlanma, otur-oturduğun yerdə də…

Bax, yazırlar ki, uşaq bağçalarında nöqsanlar aşkarlanıb. Guya yeməklərin pulunda mənimsəmələr var. Ay qadan alım, uşaq bağçalarında, məktəblərdə nöqsanlar olar də. Çünki, bu müəssisələr ictimai yerlərdir və dövlətimizin gələcəyi bu uşaqların əlindədir. Hər uşağa gələcəyi etibar etmək olmaz ki. Ələnməlidir, öyrədilməlidir, mövcud mühitə uyğunlaşmalıdır. Dövlətin büdcə borusunu hər uşağın ağzına dürtüş- dürmək olmaz,əks-təqdirdə özündənrazılıq yaranar, adam özünü əvəzolunmaz hesab edər,çevrilər “yanğınsöndürən”ə.Səhvsiz,nöqsansız yer olmaz.Yoxdursa,deməli,ora qəbirstanlıqdır,ölü sükutu olan bir yerdir. Doğrusu, qəbirstanlıqlara ölü sükutu olan yer deməyə adam utanır. Qəbirstanlıqların böyür-başı restoranlarla doludur.Zalım uşaqları gecələr elə çal-çağır edirlər ki, deyirsən indicə dirilərlə yanaşı ölülər də durub rəqs edəcəklər.Deyəsən oynayırlar da,çünki bu restoranlarda iynə atırsan, adam əlindən yerə düşmür.

Büdcə borusuna əmzik yapışdıran təkcə uşaq bağçaları, məktəblər deyil ki…Özü də bu əmzikləri bizimkilər icad eləyiblər.Belə şeylərdə biz bacarıqlıyıq.Bu əmzik üçün elə yapışqan düzəldiblər ki, onu büdcə borusuna yapışdırdınsa, bir daha, ta ölənə qədər qopmaz.Əm ki əməsən. Ölkəmizdə heç buğdada da o yağışqanlıq yoxdu. Nə olardı,icad etdiyiniz o yapışqanı taxıl sahələrinə də tətbiq edin ki,xaricdən bu qədər taxıl alıb gətirməyək.

Hələ siz bu kənd təsərrüfatına baxın! Ora elə əmzik qoyublar ki,şeytan da ora öyrənməyə gəlir.Biçinqabağı əmzik şüşəsini doldurmasan,Yezid,Şümür kimi suyun qabağını elə kəsir ki, yazıq fermer Əli aşından da olur,Vəli aşından da..Bunun hələ gübrəsi var,”solyarkası” var,nə bilim nələri,nələri var,hamısı da əmziklərdən keçir.O gün biri tv-də çıxış edib deyir ki,bəs mənə yelli(yəni doğmağa hazır olan)inək əvəzinə qısırını(doğa bilməyən)soxuşdurublar.İstəmirəm inəyinizi,gəlin aparın.

Nöqsanlarımız çoxdur,ancaq bunları aşkar etmək çox çətindir,çünki mütəxəssimiz çatmır.Yaxşı mütəxəssis olanda da özü bilə-bilə nöqsan buraxır.

Bəs nə bilmişdiniz?

O de, qabaqlar universiteti bitirəndən sonra, uzağı bir aya diplomunu ala bilərdin. İndi bu diplomu bir ildən tez ala bilməzsən. Niyə? Çünki, əmzik şüşəsini doldurmalısan. A kişi, belə dərd olar? Onsuz da bu uşaq pulunu verib, oxuyur da. Day buna diplomla axırıncı zərbəni sən niyə vurursan? Uşaq universiteti qurtaranda ata-ana baxır ki, lüt-üryan qalıblar, çapılıb talanıblar. Onlar da məcbur olub işlədiyi yerlərdə nöqsanlar buraxırlar. Öz əmziklərini borulara yapışdırmağa məşğul olurlar.

Hələ bu banklara baxın! Elan verir ki, 15-20 faizə istədiyin qədər kredit verirəm. Ay kişi, sən Allah bizi güldürmə! O krediti götürən özü o faiz qədəer qazanc əldə edəcəkmi? İndi bütün dünyada 7-12 faiz gəlir əldə edilir. Deməli, kredit götürən sənə işləyəcək, üstəlik borclu da qalacaq. Sən Allah belə dərd olar? Bəs neyləməlidir? Nöqsanlar içində itib-batmalıdır. Əlini də yelləyib, deyəcək: Harada qırıldı, qırıldı.

Əlbət, bir gün qırılacaq. O da nöqsanlar aşkar ediləndə. Bəs nə bilmişdiniz? İnsan bəşər, bəzən çaşar. Çaşmaq səhvə dönür, nöqsana çevrilir. Bütün bunlar da aşkar ediləndə deyir ki, peşmanam.

Mən hələ o “Məhsul” stadionu satanlardan, akademiyada büdcə borusuna əmzik qoyanlardan yazmıram

Qəribə bir hadisə də baş alıb gedir. Bu da dövlət içində özünü dövlət hesab edən məhkəmələrdir. Nöqsanlar aşkar edilir, hakim ona iş kəsir. Bir müddət keçir, adam məhkəməyə müraciət edir ki, bəs mən nöqsansızam, mənə bəraət verin. Bəzən də bəraət alır. Yaxşı, bəs onda, o “qara maskalılar” o boyda dəlil-sübutla səni niyə qoltuq-qapaz eləmişdi? Əmlakın əməkdaşları elə sehrbazlıq edib ki, daha burada səhv, nöqsan olmur. Sənədləri elə yoxa çıxardırlar ki, orada nöqsan tapa bilməzsən. Çünki, hər addımları cinayətdir.

O gün Qəbələ regional idarənin rəisi Bağı “müəllimi” və bir-iki bələdiyyə sədrini tutub, damladılar.

Nə isə nöqsanlar aşkar ediləndə çalışın onu cinayətə yox, səhvə çevirin. O zaman sənə “yaxşı kişidir” deyəcəklər.

Previous Post

Nöqsanlar aşkar ediləndə- YUNUS OĞUZ yazır

Next Post

Bakıda qadın ərini öldürdü

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post
Bakıda qadın ərini öldürdü

Bakıda qadın ərini öldürdü

Bakıda qadın ərini öldürdü

Bakıda qadın ərini öldürdü

Son xəbərlər

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

21 İyul 2026 - 12:26
“Könüllü DOST” proqramına 20 min müraciət olub

“Könüllü DOST” proqramına 20 min müraciət olub

21 İyul 2026 - 12:15
İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Sabahın hava proqnozu açıqlanıb

21 İyul 2026 - 12:08
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

21 İyul 2026 - 11:55
Nazirlik xəstəxananın zirzəmisində ölü döl tapıldığı barədə məlumatlara münasibət bildirib

Nazirlik xəstəxananın zirzəmisində ölü döl tapıldığı barədə məlumatlara münasibət bildirib

21 İyul 2026 - 11:47
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

21 İyul 2026 - 11:43
Qayana sahillərində bərə qəzasında ölənlərin sayı 27-yə çatıb

Qayana sahillərində bərə qəzasında ölənlərin sayı 27-yə çatıb

21 İyul 2026 - 11:33
Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

21 İyul 2026 - 11:26
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

21 İyul 2026 - 11:15
Litva kritik infrastruktur mühafizəsini gücləndirir

Litva kritik infrastruktur mühafizəsini gücləndirir

21 İyul 2026 - 11:12
Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

21 İyul 2026 - 11:11
Nümayəndə heyətlərinin xaricə səfərləri Prezidentlə razılaşdırılacaq

Prezident Belçika Kralını təbrik edib

21 İyul 2026 - 11:10
Yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb – SİYAHI

Yeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadılıb

21 İyul 2026 - 11:03
Messi Argentina millisi ilə vidalaşıb

Messi Argentina millisi ilə vidalaşıb

21 İyul 2026 - 10:55
Trampa İranla yeni bir barışıq təklif olunub

Trampa İranla yeni bir barışıq təklif olunub

21 İyul 2026 - 10:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.