Nobel mükafatı laureatından nüvə müharibəsi barədə xəbərdarlıq

100

Beynəlxalq vəziyyətin son dərəcə gərgin olması səbəbindən hazırda nüvə müharibəsi riskləri xüsusilə yüksəkdir. Elchi.az xəbər verir ki, bu barədə Nobel Sülh Mükafatı almış Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya təşkilatının siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre Lenta.ru-ya müsahibəsində danışıb.

Sanders-Zarke izah edib: “Ümumi geosiyasi gərginliklərdən tutmuş nüvə qərarlarının qəbulunu çətinləşdirən yeni texnologiyaların inkişafı və ortaya çıxmasına qədər bir çox amillərə görə hazırda nüvə riskləri çox yüksəkdir”.

O, xatırladıb ki, əksər nüvə dövlətlərində silahlara nəzarət bütün insanlar kimi emosiyalar, stress və dezinformasiyaya qalib gələn şəxslərin əlindədir. Təşkilat vurğulayıb ki, nüvə silahından istifadə riskindən qurtulmağın yeganə yolu onların tamamilə aradan qaldırılmasıdır.

Qeyd edək ki, sentyabrın əvvəlində Finlandiya prezidenti Sauli Niinisto Ukraynada nüvə silahından istifadə riski barədə xəbərdarlıq edib.

Havar Şəfiyeva