"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Nobel mükafatçısı Corc Smutla işləyəcəyik” – Azərbaycanlı alim

17 Aprel 2015 - 11:17
in CƏMİYYƏT
FacebookVatsap
040a110847dd8bd4e2ab9231b63f0879“Sensorların hazırlanma texnologiyasını öyrənməli və onu ölkəmizə gətirməliyik”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun nəzdindəki Biofizika və Smart Materiallar Mərkəzinin rəhbəri, Azərbaycan və ABŞ birgə laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Qasımovun APA-ya müsahibəsi

Bunu da oxuyun

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

– Ötən il AMEA Rəyasət Heyəti Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması haqqında qərar qəbul etdi və bu günlərdə Rəyasət Heyətinin qərarı ilə siz mərkəzə direktor təyin edildiniz. Bu vaxta qədər harada çalışmışdınız?

– 1996-cı ildən etibarən ABŞ-ın Los Anceles şəhərindəki Kaliforniya universitetində çalışıram. Bu il yanvarın axırına kimi orada işlədim və ölkəyə qayıtdım. Eyni zamanda, 2009-cu ildə Kaliforniya Universiteti ilə Fizika İnstitutu arasında birgə laboratoriya yaradılıb, mən həmin laboratoriyanın rəhbəriyəm. Müqavilə əsasında son iki ilin beş ayını Azərbaycanda, yeddi ayını isə ABŞ-da çalışmışam. İndi də birlikdə fəaliyyət göstəririk. Universitetdə təhsil aldığım zamanda zülallarla, biofizika ilə məşğul olmuşam. Mənim elmi istiqamətim zülalların strukturu, dinamikası və funksiyası arasında olan əlaqə üzrədir. Zülallar hər şeyi tənzimləyir. Zülalın strukturunu, dinamikasını və funksiyasını bilmədən xəstəliklər haqqında dəqiq məlumat bilmək mümkün deyil. Bu, məlumatları da bilmədikdən sonra xəstəliklərə qarşı hər hansı bir tədbir görmək olmur.

– Mərkəzin fəaliyyəti nə yerdədir?

– Mən xüsusi qeyd etmək istəyirəm ki, Bakıda humanitar forumlar keçirilir və həmin humanitar forumlara dünyanın məşhur alimləri dəvət olunur. Təbii ki, alimlər məqsədyönlü çağırılır. Onlarla iş aparılır. Biofizika və Smart Materiallar Mərkəzin Azərbaycanda yaradılması haqqında təklif 2013-cü ilin noyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən və Fizika İnstitutunda qonaq olan Nobel mükafatı laureatı Corc Smut tərəfindən irəli sürülüb. Forum keçirilən müddətdə Fizika İnstitutunun fəaliyyəti və nailiyyətləri yaxından tanış olan Corc Smut Akademiyanın prezidenti, akademik Akif Əlizadəyə Azərbaycanda biofizika və kondensə olunmuş hal fizikasının daha da inkişaf etdirilməsinə dair 5 illik layihənin icra edilməsini təklif edib. Mərkəzin iki mərhələli fəaliyyət planına əsasən yaradılması nəzərdə tutulur. Birinci mərhələnin müddəti 2 il, ikinci mərhələnin müddəti isə 3 il nəzərdə tutulub. Onu da deməliyəm ki, humanitar forumda qonaq olan əslən Misirdən olan amerikalı, Kaliforniya Texnologiya İnstitutunun professoru, Nobel mükafatı laureatı Əhməd Ziveyl cənab prezident İlham Əliyevlə görüşündə qeyd etmişdi ki, biz Azərbaycanda biofizikanı inkişaf etdirməkdə maraqlıyıq. Biz artıq Corc Smutla əməkdaşlığa başlamışıq. O da bildirib ki, burada işləmək istəyir. Onunla əsasən iki istiqamətdə çalışacağıq. Smut bizə nazik təbəqəli, insan dərisinin üzərinə yerləşdirilən sensorların istehsalını və tətbiqini təklif edib. Bu sensorları insanın dərisinə yapışdırmaqla temperatur, qan dövranı və insan bədənindəki digər problemlərdən xəbərdar olmaq olacaq. Temperaturda, qan dövranında dəyişiklik baş verən kimi sensorlar o dəqiqə insana xəbər verir. Bu sensorların ən mühüm cəhəti isə odur ki, şəkər xəstəliyi, ürək çatışmamazlığının ilkin simptomlarını aşkar edir. Ondan sonra biz Smutla birlikdə xərçəng xəstəliklərinin müalicəsi üçün hədəfli dərman daşınması məsələsinin də üzərində işləyəcəyik.

– Sensorların hazırlanma texnologiyasını harada öyrənəcəksiniz? Bu işə Azərbaycandan mütəxəssislər cəlb olunacaq?

– Biz sensorların hazırlanma texnologiyasını öyrənməli və onu ölkəmizə gətirməliyik. Smutun əsas iş yeri Berkli şəhərindəki Kaliforniya universitetindədir. Onun Meksikada və Fransada iri laboratoriyaları var. Belə danışılıb ki, biz perspektivli gəncləri Fransaya göndərəcəyik və onlar Fransada bu texnologiyasını öyrənəcəklər. Ondan sonra texnologiyanı gətirəcəyik, həm də tətbiq edəcəyik. İlkin mərhələdə belə danışılıb ki, Fizika İnstitutunda bir otaq ayrılacaq. Bir də bizdə Sağlam Nəsil adlı Elmi-Tədqiqat Mərkəzi var ki, orada da bir otaq ayıracaqlar. Həmin sensorlar insan bədənində daima monitorinq aparmağa imkan verəcək.

– Biofizika və Smart Materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətinin qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsini təşkil edəcəyi barədə də ictimaiyyətə məlumat verilib. Bu işin Azərbaycanda reallaşdırmaq nə dərəcədə mümkün olacaq?

– Mən təsadüfi olaraq sensorları qeyd etmədim. Çünki biz əgər qocalma problemlərini tədqiq edəcəyiksə o zaman insan bədəninin monitorinqini aparmalıyıq. Ən güclü terapiya preventiv terapiyadır. Bu da öz növbəsində gətirib monitorinqə çıxır. Bu işlər bir-biri ilə əlaqəli şəkildə aparılır. Sensorların qocalmanın qarşısını almaqda bilavasitə əhəmiyyəti var. Hər bir orqanizmin özünün qocalma sürəti var. Əgər biz vaxtında prosesləri sensorla müəyyənləşdirib onların qarşısını ala biləcəyiksə, bu da müəyyən mənada qocalmanın qarşısını almaqdır. Bütün parametrlər yazılıb analiz olunacaq. Gələcəkdə isə insanın monitorinqi 24 saat ərzində aparılacaq. Hətta tualetlərə sensorlar qoyulacaq, sidik və sair analiz ediləcək. Bu artıq gələcəyin təbabətidir. İnsan daima qocalır. İnsanda reaktiv oksigen molekulları əmələ gəlir, DNK molekullarını modifikasiya edir və orada olan başqa proseslər qocalmaya gətirib çıxarır. Biz bu prosesləri, oksidləşdirici stresslərin fəsadlarını və qarşısının alınmasını molekulyar səviyyədə öyrənmək istəyirik. Bizim işimiz tibbi, müalicəvi iş deyil. Biz bu işin əsasən fundamental problemləri ilə məşğul olacağıq. Biz o problemlərlə məşğul olacağıq ki, onlar birbaşa tətbiqə çıxsın. Bu tətbiqi isə özümüz tək edə bilmərik. Burda həkimlər də, bioloqlar da iştirak etməlidir.

– Qocalmanın tədqiqi üçün hər hansı bir xəstəliyin üzərində çalışmaq fikriniz varmı?

– Bəli, biz bir model kimi talassemiyanın üzərində çalışacağıq. Bildiyiniz kimi, bu xəstəlikdən əziyyət çəkən insanların orta ömrü cəmi 17 ildir. Onların bir qayda olaraq qanını dəyişirlər və onların qanında sərbəst dəmirin miqdarı artır. Dəmirin miqdarı artdıqca oksidləşdirici stressin intensivliyi artır. Bu isə bizə qocalmanın öyrənilməsində model rolunu oynaya bilər. Çalışacağıq ki, bu xəstələrin həm diaqnostikasında, həm də müalicəsində yardımçı ola bilək. Burda süni qan problemləri var. Biz müəyyən danışıqlar aparmışıq. Səhiyyə Nazirliyi də bizə bu işdə kömək edəcək. Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutunda bu məsələni çox müsbət qarşılayıblar və gələcəkdə onlarla da əməkdaşlıq edəcəyik.

Biz xərçəng xəstələrində hədəfli dərman daşınmasını da həyata keçirəcəyik. Hər bir hüceyrənin reseptorları olur. Xərçəngdə də elə reseptorlar var ki, onlar fərqlidirlər. Məsələn, əgər biz dərman-nanozərrəcik kompleksinə uyğun antibodi tiksək, o ancaq gedib xərçəng hüceyrələrinin üstünə birləşərək onun daxilinə keçəcək. Ondan başqa, xərçəng xəstəliyi çox faktorlu olduğu üçün biz onunla mübarizədə bütün faktorları mümkün dərəcədə istifadə etməliyik. Xərçəng toxuması yarananda angicenesis prosesi baş verir, ordada həmən xərçəng toxumasında yeni qan damarları meydana gəlir. Bu təzə yaranan qan damarlarının diametri həmən toxumada olan qan damarlarının diametrindən böyükdür və bu qan damarları yaxşı formalaşmadığından onlarda yırtıqlar olur. Məsələn, normal toxumada qan damarlarına 20 nanometrdən iri molekullar daxil ola bilmirsə, ancaq xərçəng toxumalarında yaranan həmən qan damarları effektiv olaraq 50-100 nanometrlik zərrəciklərə daxil ola bilir. Bu da çox mühüm məsələdir. Biz 50-70 nanometrik arasında nanozərrəcikləri uğurla tiksək o, ancaq xərçəng toxumalarına gedəcək.

Bu da indiki kimyaterapiyasında kənar fəsadların qarşısını almağa imkan verir. Bu məsələ çox mürəkkəbdir. Götürək xərçəng xəstəliyini. Yəni eyni bir xərçəng xəstəliyini, son vaxtlar siqaret çəkməyən qadınlarda 50-55 yaşlarında ağ ciyər xərçənginə tutulma riskinin yüksək olduğu deyilir. Bunu bəzən ekologiyaya bağlayırlar. Bu bizə də maraqlıdır. Burada müxtəlif tipli mutasiyalar gedir. Maraqlıdır ki, bir tipli xassələrdə indi çox güclü dərmanlar var, onların tətbiqində kənar effekt azdır. Bir tipli xassələrdə bu işləyir, digər tipli xassələrdə işləmir. Bunlar da çox bahalı, 30-40 min dəyərində olan terapiyadır. Əgər biz bunu öyrənməsək, bu ya dövlətimizin, ya da vətəndaşımızın cibindən gedəcək. Əgər biz bunu bilsək bu hansı tipli xassədir, əvvəldən demək olar ki, bunu tətbiq etmək olar, ya olmaz. Ancaq dediyim kimi, bunların hamısı zülallara gedib çıxır.

– Sadaladığınız işlərə konkret nə vaxt başlamağı planlaşdırırsınız?

– Akademiya da bu işin həyata keçirilməsində çox maraqlıdır. Gələcəkdə bu mərkəz sadaladıqlarım haqda işlər görəcək. Bu saat deyək ki, bu işlərə başlamışıq və nəticələrimiz var, elə edəcəyik, belə edəcəyik, bu, yalan olar. Amma əlaqələrimiz var. İndiki texnologiya insana 120 yaşa qədər yaşamağa imkan verir. Amma onun tətbiqi çox çətin və uzun sürən bir prosesdir.

 

Previous Post

“Nobel mükafatçısı Corc Smutla işləyəcəyik” – Azərbaycanlı alim

Next Post

Bakıda məşhur milyarderin qardaşının evindən külli miqdarda narkotik tapıldı

Bənzər yazılar

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06

Noyabrın 8-də Bakıda Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək. Elchi.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin...

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd olunub. Məlumata görə, noyabrın 1-də...

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59

Respublikanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatına əsasən noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində...

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

31 Oktyabr 2026 - 13:19

Oktyabrın 30-da Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib. Bu barədə Elchi.az-a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, iclasda “Cəzadan şərti...

Next Post

Bakıda məşhur milyarderin qardaşının evindən külli miqdarda narkotik tapıldı

Bakıda məşhur milyarderin qardaşının evindən külli miqdarda narkotik tapıldı

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.