"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Niyə məhz bu qızlar sarışın və gözəl olur?

03 İyun 2017 - 13:34
in XƏBƏR LENTİ
FacebookVatsap

İki dəfə test imtahanı ilə üz-üzə qalmışam. Birincidə yox, ikincidə arzuma çatmışam. İlk imtahandan kəsilməyimin əsas səbəbi ingilis dilini öyrənə bilməməyim oldu, neçə müəllim yanına getdim, hamısı gözəl qız çıxdı. Heç vaxt baş aça bilmədim ki, nə sirdi, niyə qarşıma çıxan Azərbaycan dili müəllimələri çirkin, ingilis dili müəllimələri gözəl olur?

Bunu da oxuyun

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

Atamın əzab-əziyyətlə qazandığı pulları hər ay vaxtlı-vaxtında ingilis dili müəllimələrinə verir, amma heç nə öyrənə bilmir, eləcə gözəl üzə, gözəl simaya tamaşa eləyirdim. Belə çıxır, nə vaxta kimi ingilis dili müəllimələri gözəl qızlar olacaq, mən heç vaxt bu dili öyrənə bilməyəcəm.

Həmişə universitetə qəbul olub-olmayacağımdan çox, imtahan vaxtı yanımda kimin oturacağını xəyal eləyərdim. Hülya Avşar gözlü bir qız ağlımdan çıxmırdı. Fikirləşirdim ki, yəqin sarışın olar, saçları da uzun olar… Tarixdən bu qədər, Azərbaycan dilindən bu qədər, ədəbiyyatdan bu qədər, riyaziyyatdan bu qədər yazsam, yanımda oturan sarışın isə ingilis dilindən bu qədər kömək etsə, vəssalam.

Birinci imtahanda yekə bir gədə oturdu yanımda. O qədər əsəbiləşdim ki, durub zaldan çıxmaq istəyirdim. Başımı partanın üstündə qollarıma söykəyib özümü ələ almağa çalışdığım vaxtda bir də gördüm kimsə barmağı ilə çiynimə elə vurur, elə bil qapı döyür.

– Qaqaş, ingilis dilini necə bilirsən?

– Bilmirəm. Heç nə oxumamışam.

Mən bu sözü deyəndə elə bil gədənin alnının ortasına güllə dəydi.

– Necə yəni heç nə bilmirəm? Axı mən bir ildi səni gözləyirəm – beləcə də dedi.

Birinci imtahandan kəsilmə xəbərimi eşidən kimi anam ağladı. Çox pis oldum. Mənlə universitetə hazırlaşan uşaqların demək olar ki, hamısı qəbul oldu, bircə məndə alınmadı. Ümumiyyətlə, məndə birinci cəhd heç vaxt alınmır. Anamın göz yaşları məni dəhşətli dərəcədə sarsıtmışdı. O da insandı, anadı, onun da arzuları var. Mənim universitetə qəbul olmadığımı biləndə anam bir-bir zəng eləyib qohumların, tanışların uşaqlarının nə qədər bal topladığını soruşurdu.

Hiss elədim ki, anam qohumlarımıza ona görə zəng eləyir ki, onların da uşaqlarının qəbul olmadığını eşidib təsəlli tapsın. Buna qəti paxıllıq demirlər. Tərslikdən, elə bil anamın acığına o il hamı universitetə girmişdi, özü də yüksək balla. Hətta anamla arası olmayan bir qohumumuzun oğlu o qədər yüksək bal yığmışdı ki, prezident təqaüdü aldı. Anamın ürəyi partlayırdı. Mən də qəbul olsaydım, hamının uğuruna sevinərdi, amma yazıq anam mənim uğursuzluğuma görə heç kimin uğuruna sevinə bilmirdi.

Anam elə bilirdi bütün bunların səbəbi mənim qızlara hərisliyimdi. Guya işim-gücüm qız dalına düşmək olub, dərs oxumamışam, ona görə bu günə qalmışam. Tez-tez deyirdi ki, dədən kimi sən də harda arvad var, ora qaçırsan. Bir dəfə də kişilərlə oturub-durun.

Təzədən müəllim yanına hazırlığa getdim. Müəllimlər məni tanıyırdı deyə, ikinci cəhddə pul-zad da almadılar. Tarixi çox yaxşı oxuyurdum, Azərbaycan dili-ədəbiyyatını tum kimi çırtlayırdım, riyaziyyatdan 20 sualın 13-nə yüz faiz cavab verə bilərdim. Amma yenə ingilis dili paz olmuşdu, bir-iki müəllimə yanına getdim, onlar da gözəl qız çıxdı deyə, imtina elədim.

Hər dəfə ingilis dilini öyrənə bilməyəndə yenə də xəyalımda sarışın bir qız canlandırırdım, hətta bir neçə dəfə o qızı yuxuda da görmüşdüm. Anam məndən vəziyyətin nə yerdə olduğunu soruşanda deyirdim ki, bütün fənlər əladı, bircə ingilis dili qalır, o da yanıma sarışın bir qız düşsə, vəssalam.

Bir dəfə anam Bibiheybət məscidinə getdi. Artıq tədris ilinin axırı idi, imtahana bir-iki həftə qalmışdı. Anam məsciddə dua eləyəndə deyib ki, ay Allah, qurban olum, oğlumun yanında sarışın bir qız otursun, o qız ingilis dilindən balama kömək eləsin.

İmtahana on dənə qələm alıb aparmışdım, biri yazmasa, o birini götürüm, bu da yazmasa, o birisindən istifadə eləyim. Axşamdan iki toyuğu soyutma elətdirib hazır qoydurmuşdum. Gecəni yata bilmirdim, fikir məni götürmüşdü. Sabah səhər ikinci dəfə imtahana girəcəkdim. O gecə gözümə yuxu getmədi, yerimin içində səhərə kimi qurcalandım. Səhər açılanda gördüm anam əməlli-başlı süfrə açıb, stolun üstünə bütün nemətlərdən düzmüşdü. Elə bil Novruz bayramı idi. Doyunca yeyib yola çıxdım. Nə qədər çalışdım anam gəlməsin, xeyri olmadı, gəlib axıra kimi darvazanın ağzında gözlədi.

İkinci dəfə Bakı Dövlət Universitetinin binasında imtahan verdim. Camaat toplaşmışdı, gözüm bir yerdə dayanmırdı, ora-buranı gəzirdi, sarışını axtarırdı. Anam az qala qapının ağzına yığışın adamlardan soruşa ki, sənin qızın nə rəngdədi? İmtahan zalına daxil olub sənədlərimi nəzarətçiyə təqdim edəndə otaqda hamı mənə baxırdı. Hiss elədim ki, nə qədər çalışsalar da, heç kim mənim oxuyan uşaq olub-olmadığımı aydınlaşdıra bilmədi. Çünki gözümdə eynək yox idi, əynimdə dizi cırıq cins şalvar vardı, di gəl, çox sakit və təmkinli idim.
Hamının yarı gəldi, mənim yarım yox idi. İmtahan başlamağa cəmi beş dəqiqə qalmışdı, hələ sarışınım gəlməmişdi. Mən bir ildi onu gözləyirdim, bəs niyə gəlmədi? Ancaq imtahan başlayandan təxminən, on beş dəqiqə sonra, bütün ümidlərimin kəsildiyi bir vaxtda otağa sarışın bir qız girdi. Gözündə eynək vardı, üzünə baxan kimi yüz faiz əmin oldum ki, bu qız əsl ingilis dili mütəxəssisidi. Gəlib yanımda oturdu. Əlindəki su butulkasını stolun üstünə qoydu, sənədlərini yerbəyer elədi.

Bilmirdim söhbəti necə açım, nəzarətçi də başımın üstünü kəsdirmişdi. Qıza yaltaqlanmaq üçün dedim:
– Xanım, suyu stolun üstündən götürün, birdən aşıb sənədlərinizi isladar.

Sarışın cavab vermədi, butulkanı stolun üstündən götürüb yerə qoydu, amma heç sağ ol da demədi. Axı məndə birinci cəhd heç vaxt alınmır, bunu fikirləşib özümə təsəlli verdim və pərt bir vəziyyətdə ikinci dəfə qıza pıçıldadım:

– Xanım, mənə ingilis dilindən kömək eləyə bilərsən? Çox yox, on sual bəsimdi.

Cavab bütün arzularımı alt-üst elədi.

– Mən ingilis dilini yox, fars dilini seçmişəm.

Elə sarsıldım, elə bil başıma daş düşdü. Bir anın içində dünya gözümdə zülmətə döndü. Həyəcandan qarnım quruldamağa başladı. Stolun üstündə kağızları bir-birinə qarışdırırdım ki, xışıltı səsi gəlsin, qarnımın qurultusu eşidilməsin.

İmtahan günü olduğu kimi yadımdadı, Azərbaycan dili, ədəbiyyat və tarixdən 25 sualın hamısına düz cavab verdim. Üç fənnin cavabı yarım saat çəkdi. Riyaziyyat bir az çox vaxt apardı. İngilis dili yenə qaldı, bir az arxaya, qabağa çöndüm, gördüm hamı gözünü döyür. İngilis dilindən 19 sual yazdım, hamısı səhv çıxdı. Sonralar dostlar məni ələ salırdı ki, bütün sualları səhv yazmaq da böyük məharət tələb edir.

Mən tarixi çox yaxşı öyrənmişdim. Sarışın imtahan boyu əlimə diqqətlə baxıb humanitar fənləri necə bildiyimi hiss elədi, hələ məndən kömək də istədi.

– Bütün fənləri yaxşı bilirəm, bircə tarixdən hazırlığa getməmişəm. Nə olar, mənə kömək elə… – sarışın dedi.
Fikirləşdim ki, nə olsun bu qız ingilisi yox, fars dilini seçib, rəngi ki sarıdı. Hələ üstəlik üzündə qorxaq bir təbəssüm də var.

– Kitabçanı mən tərəfə sürüşdür, – dedim.

Gözümün ucu ilə kitabçaya baxa-baxa tarixdən bütün sualların cavabını bircə-bircə əyilib qızın qulağına dedim. Sarışın tez-tez saçlarını qulağının arxasına keçirdib mən tərəfə əyilirdi ki, səsimi yaxşı eşitsin. Axırıncı cavabda qız boynunu qısdı, sanki tir-tir əsməyə başladı.

– Nə olub? – soruşdum.

– Nəfəsin çox istidi, – sarışın dedi.

Elə bil yaddaşım silkələndi, ağlım oyandı…

 

Previous Post

Niyə məhz bu qızlar sarışın və gözəl olur?

Next Post

Xərçəngdən qoruyan albalı

Bənzər yazılar

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə...

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Zirə" futbol klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün maarifləndirici seminar təşkil edilib....

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53

İsrailin xarici işlər naziri Gideon Saar Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərarı ləğv etməsə, Böyük Britaniya İsrailin 27 diplomatını...

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48

Hörmüz boğazında mayeləşdirilmiş qaz (LPG) daşıyan gəmi hədəfə alınıb. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, Hörmüz boğazının daxilinə doğru hərəkət...

Next Post

Xərçəngdən qoruyan albalı

Xərçəngdən qoruyan albalı

Son xəbərlər

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.