"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

Niyə bu qədər şəhid verdik? – Təxribat, yoxsa səhlənkarlıq?

02 Avqust 2014 - 13:14
in FLƏŞ
FacebookVatsap

Bir neçə gün öncə iki Kəlbəcər sakini Dilqəm Əsgərov və Şahbaz Quliyevin doğulduqları rayonda1148 Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi və işgəncələrə məruz qalması böyük rezonans doğurdu. 

Bunu da oxuyun

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Lakin ölkə bu şokdan çıxmamış daha dəhşətli bir şok yaşadı. Belə ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə Azərbaycan ordusu erməni silahlı birləşmələrinin hücumuna məruz qalaraq 8 (qeyri-rəsmi mənbələrə əsasən 11) şəhid verdi. Demək olar ki, gündəmin ən çox müzakirə olunan mövzusu da budur və bu dəhşətli olaydan sonra ortaya çox ciddi suallar çıxıb: Azərbaycan ordusu niyə bu qədər itki verdi?

Gəlin öncə hadisələrin baş vermə ardıcıllığına nəzər salaq:

Müdafiə Nazirliyi uzun susqunluqdan sonra verdiyi açıqlamasında qeyd edir ki, 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub. Amma döyüş bölgəsində yaşayan sakinlərin axar.az-a bildirdiklərinə görə heç bir atışma olmayıb. Maraqlıdır, bəs o zaman əsgərlərimizi hansı şəraitdə şəhid ediblər?

Bir müddət öncə müdafiə naziri Zakir Həsənov xüsusi tapşırıq vermişdi ki, ermənilərin hər hansı bir təxribatının, dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə bunun əvəzi 5-10 qat artıq çıxılacaq. Amma nəticə heç də nazirin dediyi kimi olmadı. Faktiki ən çox itki verən tərəf bizik və Müdafiə Nazirliyinin hansı cavab tədbirləri görəcəyi isə hələ ki, bəlli deyil. Görünür, sadəcə, bəyanat xatirinə verilən tapşırıqlar hər gün fiaskoya uğrayır. Ən biabırçı hal isə o idi ki, ölən əsgərlərin adlarını müəyyənləşdirə bilmirdilər.

Onu da qeyd edək ki, bu təxribatı xarici qüvvələrin təzyiqi kimi qiymətləndirənlər də var. NATO-Azərbaycan Əməkdaşlıq İnstitutu hesab edir ki, əməliyyatın arxasında Rusiya Hərbi Kəşfiyyatı durur və baş verən hadisələr birbaşa Rusiya ilə bağlıdır. Əgər doğrudan da, bu əməliyyatların arxasında rəsmi Moskva durursa, bəs o zaman niyə Müdafiə Nazirliyində Rusiyameyilli generallar önə çəkilir. Konkret olaraq Şuşanın işğalında birbaşa günahkar hesab olunan general Elbrus Orucovun önəmli posta çəkilməsinə səbəb nə idi? Bəlkə, doğrudan da, ölkənin təhlükəsizliyinin qarantı olan ordu hələ də rusca danışıb rusca düşünən və Azərbaycan dilinə biganə Nəciməddin Sadıkovun əlində acizdir?

Ekspertlər isə hesab edir ki, ötən gün baş verən bu faciə məhz genaralların səhlənkarlığı üzündən baş verib, bütün yaşananlar da məhz kadr probleminin düzgün aparılmaması ilə bağlıdır. Hətta onlar buna görə Müdafiə Nazirliyini ittiham da ediblər. Onların da arqumentləri kifayət qədər əsaslıdır.

Gəlin bir-iki fakta diqqət edək:

Müdafiə Nazirliyi qeyd edir ki, “şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib?! Maraqlıdır, əgər bu doğrudan da, amansız və xain erməni hücuma keçirdisə, onun verdiyi itkilər ən azından neytral ərazidə qalmalı idi. Və bizim komandanlıq düşmənin hücumunu sübut fakti kimi o erməni əsgərlərinin meyidlərini nümayiş etdirməli və səngərdə oturub düşmənin hücümunun qarşısını alan əsgərlərimizin itkisi bu qədər olmamalıydı. Qeyd edək ki, bu faciənin baş verməsinin tam məsuliyyəti erməni-rus tərəfinin üzərində olsa da, bizim “bir gün də olsun müharibədə olmaya-olmaya, general rütbəsi alan “kabinet sərkərdələri” də yaxalarını kənara çəkməməlidirlər. Bəli, reallıq ortadadır: kəşfiyyat idarəsinə tam təsadüfi adamı təyin edən və ona general rütbəsi verdirən nazirin ortaya qoyduğu “ağır nəticə” də belə olur.

Dünən baş verən olaydan sonra isə utanc gətirən daha bir hadisə yaşandı. Mediada saxtalaşdırılan xəbərlər dövriyyəyə buraxıldı. Daha sonra isə bu xəbərlərin yalan olduğu üzə çıxdı. Belə ki, erməni tərəfinin 51 itki verməsi ilə bağlı yayılan məlumat Eduard Abramyan adlı Twitter istifadəçisinə istinadən yayılsa da hesab saxta çıxdı. Məlum oldu ki, Twitterdə belə bir istifadəçi yoxdur. Sözügedən xəbəri isə nazirin bəyanatlarını bəh-bəhlə yanan ANS kanalının saytı yaymışdı. Əslində, bununla da camaatı çaşdırmaq, erməni tərəfinin 51 itki verməsi ilə öz səhlənkarlıqlarını ört-badır etməyə çalışırdılar. Çünki hər iki olay, həm Kəlbəcər sakinlərinin başına gətirilən oyunlar, həm də bir gündə bu qədər şəhid verilməsi orduya inamız azaldır. Bu inamın azalması isə əsgərlərin deyil, məhz “zər poqonlu” generalların günahıdır.

Onu da qeyd edək ki, bu faciə 1994-cü ildən bəri bu qədər itki verdiyimiz ilk hadisədir. Düşünürük ki, Müdafiə Nazirliyi ona ünvanlanan bütün sualları cavablandıracaq. Bir faktı da xüsisi olaraq qeyd edək ki, sullar Azərbaycan dilində verilib.

Allah şəhidlərimizi rəhmət etsin!

Qaynar.info

Previous Post

Niyə bu qədər şəhid verdik? – Təxribat, yoxsa səhlənkarlıq?

Next Post

Leyla Yunusun dosyesində adı keçən ermənilər

Bənzər yazılar

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Next Post

Leyla Yunusun dosyesində adı keçən ermənilər

Leyla Yunusun dosyesində adı keçən ermənilər

Son xəbərlər

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

24 İyul 2026 - 12:30
Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

24 İyul 2026 - 12:29
Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

24 İyul 2026 - 12:14
“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

24 İyul 2026 - 12:05
“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

24 İyul 2026 - 11:54
Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

24 İyul 2026 - 11:46
ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

24 İyul 2026 - 11:38
Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

24 İyul 2026 - 11:29
İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

24 İyul 2026 - 11:22
Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16
“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15
Astronomlardan kosmosda misilsiz kəşf

Astronomlardan kosmosda misilsiz kəşf

24 İyul 2026 - 11:02
Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

24 İyul 2026 - 10:57
ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

24 İyul 2026 - 10:55
Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

24 İyul 2026 - 10:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.