"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Nikol oktyabrda atəşkəsdən buna görə imtina edib – Sensasiya

23 İyun 2023 - 09:09
in GÜNDƏM
FacebookVatsap

Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş təhsil naziri, dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, bir həftə öncə həbs edilən Armen Aşotyan Baş nazir Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı parlament komissiyasının iclasında verdiyi hesabatla bağlı geniş məqalə ilə çıxış edib.
Elchi.az xəbər verir ki, Aşotyanın həbsxanadan göndərdiyi və erməni mediasında tirajlanan məqalədə olduqca maraqlı nüanslar var.
O yazır ki, Nikol Paşinyan oktyabrın 7-8-də müharibəni ən azı müvəqqəti dayandırmaq üçün daha bir şans olduğunu və bu təklifdən guya Ermənistanın maraqlarına uyğun olmadığı üçün imtina etdiyini bildirir.
Əslində isə həqiqət tamamilə başqadır. Belə ki, həmin ərəfədə Ermənistan ordusu “Lələtəpə əməliyyatı”na hazırlaşırdı:
“Paşinyan “hazırda davam edən müharibədə sıçrayış əməliyyatları” olacağı haqda o ərəfədə birbaşa xarici mediada çıxışlar edirdi. Sonradan məlum olduğu kimi, həmin uğursuz əməliyyat Ermənistan Silahlı Qüvvələrinin ehtiyat hissələrinin belini qırdı və geridönməz nəticələrə səbəb oldu”.
Xatırladaq ki, ermənilərin ciddi şəkildə hazırlaşdığı və böyük qüvvə cəlb etdiyi sözügedən əməliyyat zamanı hücum edən erməni qüvvələri darmadağın edilmişdi: 830 canlı itki verən və əməliyyata girən 44 tankdan 42-sini itirən ermənilər geri çəkilmiş, Ordumuz 100 km-dən də çox irəliləmişdi. Bu, 44 günlük müharibədə Ordumuzun ən böyük hərbi qələbələrindən biri sayılır.
Aşotyan daha bir məqama da toxunur. O bildirir ki, oktyabrın 13-16-da Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda da müharibəni dayandırmaq fürsəti olub və bu zaman indikindən daha yaxşı vəziyyətdə atəşkəs qərarı vermək mümkün imiş. Ancaq Rusiyanın vasitəçilik etdiyi danışıqların baş tutmamasına Fransa Prezidenti Emmanuel Makronun vədləri səbəb olub.
“Rusiyanın vasitəçiliyi ilə müzakirələr gedirdi – real vəziyyətdə, döyüşlər getdiyi yerdə atəşkəs ola bilərdi. Ancaq Paşinyan Makronun vasitəçiliyi ilə müharibəni dayandırmağa deyil, humanitar atəşkəsə razılaşdı. Bu, müharibəni dayandırmaq deyil, fasilə idi”, – Aşotyan yazır.
Paşinyanın müharibədə “fasilə götürməsinin” səbəbi isə Makronun vədləri olub:
“Bu, diplomatiyanın uğursuzluğu, cəhalətin xain səviyyəsi, böyük siyasəti Makronun himayəsi altında ölkənin hiyləgərliyi ilə əvəzləməyin nəticəsi idi”.
Aşotyan Paşinyanın guya Azərbaycanın “əvvəlki humanitar atəşkəsi pozduğu” səbəbindən 13-16 oktyabr müzakirələrindən yayındığı iddiasına da cavab verib: “Əgər Azərbaycan doğrudan da Rusiyanın vasitəçiliyi ilə əldə edilən əvvəlki atəşkəsi pozmuşdusa, Əliyevin Putindən çox Makrona hörmət edəcəyi hardan ağlına gəlirdi?
Əslində Nikol bununla etiraf etdi ki, o, nəinki 44 günlük müharibəyə qədər, hətta bu müddət ərzində vəziyyətimizi daha da ağırlaşdıran geosiyasi oyunlar oynayıb”.
O, 19 oktyabrda atəşkəs razılaşmasını Paşinyanın “Meğriyə rus sülhməramlıların yerləşdirilməsinə görə” qəbul etmədiyi iddiasını da yalan adlandırıb və ilk dəfə olaraq 10 noyabr 2020-ci il bəyanatındakı 9-cu bəndə bu prizmadan yanaşıb:
“Sizin (Ermənistan hakimiyyətinin – red.) necə adlandırmağınızdan asılı olmayaraq, 9 (10) noyabr tarixli Üçtərəfli bəyanatın 9-cu bəndi məhz Meğri ilə bağlıdır. Orda göstərilir ki, (Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən) kommunikasiyaların təhlükəsizliyini Rusiya FTX-nin Sərhəd Xidməti təmin edəcək. İndi Nikol və onun sevimlisi (Makron nəzərdə tutulur – red.) danışıqlar apararaq, bu razılaşmadan qurtulmağa çalışırlar”.

Bunu da oxuyun

Azərbaycan, Gürcüstan və Türkiyənin XTQ-lərinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı – 2026” təlimi başa çatdı – VİDEO

Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvəlik toplanışında iştirak edirlər – FOTO

Nazir: Azərbaycanda gənclər əhalinin təxminən 22,5 faizini təşkil edir

Previous Post

Nikol oktyabrda atəşkəsdən buna görə imtina edib – Sensasiya

Next Post

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi – Video

Bənzər yazılar

Azərbaycan, Gürcüstan və Türkiyənin XTQ-lərinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı – 2026” təlimi başa çatdı – VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyənin XTQ-lərinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı – 2026” təlimi başa çatdı – VİDEO

27 İyun 2026 - 16:57

Təsdiq olunmuş əməkdaşlıq planına əsasən, Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında keçirilən...

Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvəlik toplanışında iştirak edirlər – FOTO

Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvəlik toplanışında iştirak edirlər – FOTO

26 İyun 2026 - 19:25

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərin kursantlarından ibarət komanda Qazaxıstanın Akmola vilayətində...

Nazir: Azərbaycanda gənclər əhalinin təxminən 22,5 faizini təşkil edir

Nazir: Azərbaycanda gənclər əhalinin təxminən 22,5 faizini təşkil edir

26 İyun 2026 - 11:08

CICA Gənclər Şurasının 9-cu iclasında çıxış etməkdən böyük məmnunluq duyuram. İlk növbədə CICA Katibliyinə və bütün üzv dövlətlərə təşkilat çərçivəsində...

Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir – FOTO

Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir – FOTO

26 İyun 2026 - 10:13

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilir. Elchi.az xəbər verir ki, yürüş şəhərin mərkəzi...

Next Post
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi – Video

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi – Video

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video

Son xəbərlər

Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

28 İyun 2026 - 13:45
Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib

Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib

28 İyun 2026 - 12:39
İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır

İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır

28 İyun 2026 - 12:35
İranlı general: Müharibə zamanı daha müasir silahlar yaratdıq

İranlı general: Müharibə zamanı daha müasir silahlar yaratdıq

28 İyun 2026 - 12:31
Messi DÇ-226-nın qrup mərhələsinin ən yaxşı bombardiri olub

Messi DÇ-226-nın qrup mərhələsinin ən yaxşı bombardiri olub

28 İyun 2026 - 11:11
Azərbaycanda bəzi yerlərə intensiv yağış yağır – FAKTİKİ HAVA

Azərbaycanda bəzi yerlərə intensiv yağış yağır – FAKTİKİ HAVA

28 İyun 2026 - 11:10
Bəhreyn İranın hücumuna məruz qaldığını açıqlayıb və BMT TŞ-nin təcili iclasını çağırıb

Bəhreyn İranın hücumuna məruz qaldığını açıqlayıb və BMT TŞ-nin təcili iclasını çağırıb

28 İyun 2026 - 11:08
Meksika vətəndaşlarını zəlzələdən zərər çəkmiş Venesueladan təxliyə edir

Meksika vətəndaşlarını zəlzələdən zərər çəkmiş Venesueladan təxliyə edir

28 İyun 2026 - 11:05
İtkin düşən 11 nəfər ötən gün tapılıb

İtkin düşən 11 nəfər ötən gün tapılıb

28 İyun 2026 - 11:03
İran ordusu korrupsiyaya qarşı əməkdaşlığa hazırlığını açıqladı

İran ordusu korrupsiyaya qarşı əməkdaşlığa hazırlığını açıqladı

27 İyun 2026 - 17:21
Azərbaycan, Gürcüstan və Türkiyənin XTQ-lərinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı – 2026” təlimi başa çatdı – VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyənin XTQ-lərinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı – 2026” təlimi başa çatdı – VİDEO

27 İyun 2026 - 16:57
Hörmüz boğazında mina təhlükəsi artıb

Hörmüz boğazında mina təhlükəsi artıb

27 İyun 2026 - 16:50
London hava limanları iflic olub, fırtına səbəbindən yüzlərlə reys gecikib

London hava limanları iflic olub, fırtına səbəbindən yüzlərlə reys gecikib

27 İyun 2026 - 16:38
Yunanıstanda meşə yanğınları başladı

Yunanıstanda meşə yanğınları başladı

27 İyun 2026 - 16:24
DİN motosiklet və moped sürücülərinə çağırış etdi

DİN motosiklet və moped sürücülərinə çağırış etdi

27 İyun 2026 - 16:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.