Nigeriyanın Plato əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində 13 nəfər ölüb, 10 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki,Plateau Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Direktoru Alfred Alabo verdiyi açıqlamada partlayışın ştatın paytaxtı Josda Bauçi-Jost Şimal şossesində yerləşən yanacaqdoldurma məntəqəsində tankerdən yanacaq boşaldılması zamanı naməlum səbəbdən baş verdiyini bildirib.
Alabo qeyd edib ki, partlayış nəticəsində 13 nəfər ölüb, 10 nəfər yaralanıb.
Partlayışda 28 mağaza və 8 avtomobilin yandığını, ətrafdakı evlərə də ziyan dəydiyini bildirən Alabo, ölənlərin sayının artmasından narahat olduqlarını dilə gətirib.
Nuranə Məmmədova