Nigeriyada silahlı hücum: 43 ölü

Nigeriyanın Benue əyalətində silahlı hücumlar nəticəsində 43 nəfərin öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, Nigeriyanın maldarlıq tayfasından olan Fulani çobanları Benue əyalətinin Gwer West və Edikwu Akpali bölgələrinə hücum ediblər. Aralarında uşaqların da olduğu 43 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilib.
Şayəstə Hüseynova