Nigeriyada idmançıları daşıyan avtobus qəzaya uğrayıb: 22 nəfər ölüb

Nigeriyanın şimalında ölkənin milli idman festivalından qayıdan idmançıları daşıyan avtobus qəzaya uğrayıb. Qəzada idmançılar, məşqçilər və rəsmilər də daxil olmaqla 22 nəfər həlak olub, çoxlu sayda insan isə ağır yaralanıb.
Elchi.az xəbər verir ki, Kano Əyaləti Qubernatorluğundan verilən açıqlamada qəzada həyatını itirənlərin əksəriyyətinin gənclər olduğu bildirilib. Qəzanın həddindən artıq sürət və yorğunluq səbəbindən baş verə biləcəyi bildirilib.
Kano valisi Abba Kabir Yusuf, "Bu faciəvi qəza xəbərini böyük kədərlə aldım. 22 günahsız vətəndaşımızı itirdik, çoxlu sayda insan yaralandı. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm" dedi.
“Onlar idmana ümid bəsləyənlərdi”
Nigeriya Milli İdman Komissiyası da açıqlamasında qəzadan "dərin kədərləndiyini" bildirib. Komissiyanın sədri Mallam Dikko, "Bu idmançılar öz ehtirasları və uğur qazanmaq əzmləri ilə ölkəmiz üçün daha parlaq gələcəyə ümid bəsləyirdilər. Biz onları heç vaxt unutmamalıyıq" dedi. Qəza qurbanı olan idmançıların “ölkələrini böyük uğurla təmsil etdikləri” və festivalın bağlanış mərasiminin cəmi iki gün əvvəl keçirildiyi bildirilib.
Şayəstə Hüseynova