Nigeriyada 5 yaşdan kiçik təxminən 11 milyon uşaq ciddi qida çatışmazlığı problemi ilə üz-üzədir.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) yazılı açıqlama yayıb.
Ölkənin ən sıx məskunlaşdığı Kano əyalətində uşaqların 51,9 faizi (yaşlarına görə qısa), 10 faizdən çoxu isə boyuna görə zəifdir.
UNICEF qida çatışmazlığı ilə mübarizə çərçivəsində Kano əyalətinin səlahiyyətli orqanlarına yeməyə hazır müalicəvi qidalar (RUTF) çatdırıb.
Təhvil-təslim mərasimində çıxış edən UNICEF-in Nigeriya Səhiyyə direktoru Dr. Serekeberehan Seyoum Deres erkən uşaqlığın fiziki böyümə və beyin inkişafı üçün ən kritik dövr olduğunu bildirib.
Nuranə Məmmədova


















