Niger üsyançılarının rəhbər orqanı olan Vətənin Qurtuluşu Milli Şurası avqustun 7-də 58 yaşlı iqtisadçı və keçmiş maliyyə naziri Əli Mahamana Lamin Zeini ölkənin yeni baş naziri təyin edib. Elchi.az xəbər verir ki, bu barədə TASS “Al Hadath” telekanalına istinadən xəbər verir.
Qeyd edək ki, Zein Nigerin cənubundakı Zinder şəhərində anadan olub. 2003-2010-cu illərdə Niger Maliyyə Nazirliyinə rəhbərlik edib.
Havar Şəfiyeva