“Nicole” qasırğası ABŞ-ın Florida ştatına çatıb. Qasırğa ABŞ-ı təxminən 40 ildə, noyabr ayında vuran ilk qasırğa kimi qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə Milli Qasırğa Mərkəzi (NHC) yerli vaxtla saat 3:00-da 1-ci kateqoriya səviyyəsində olan Nikol qasırğasının ABŞ-ın Florida ştatına çatdığını bildirib.
Açıqlamada bildirilir ki, qasırğa Vero çimərliyinin cənubunda saatda 75 mil sürətlə vurub, İan qasırğasının vurduğu bəzi əraziləri su altında qoyub.
NHC Floridanın şərq və qərb sahillərində, eləcə də Corciya və Cənubi Karolina sahillərində bu gün tropik fırtına şəraiti yaşayacağını və bunun Atlantik okeanı sahillərində böyük və dağıdıcı dalğalara səbəb olacağını açıqlayıb.
Floridanın 67 əyalətindən 45-də fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir.
Şayəstə