İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Qəzza zolağında qadın, uşaq və körpələrin öldürülməsini dayandırmalı olduğunu bildirən Kanadanın baş naziri Castin Trüdoya cavab verib.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
“Biz həkimlərin, ailə üzvlərinin, sağ qalanların və valideynlərini itirmiş uşaqların ifadələrini dinləyirik. Dünya qadın, uşaq və körpə qətllərinin şahididir. Buna son qoyulmalıdır”,-deyə Trüdo bildirmişdi.
“Mülki insanlara qəsdən hücum edən İsrail deyil, HƏMAS dinc sakinlərin başını kəsir, yandırır və öldürür, Holokost cinayətləri yəhudilərə qarşı həyata keçirilir. İkiqat müharibə cinayətinin törədilməsinə görə məsuliyyəti İsrail deyil, HƏMAS daşımalıdır. Sivilizasiya qüvvələri HƏMAS-ın vəhşiliklərinə qarşı qalib gəlmək üçün İsraili dəstəkləməlidir”, – deyə Netanyahu “X” platformasında yazıb.
Yeganə