İsrailin Baş naziri Benyamin Netanyahu, Şura üzvü Zohran Mamdaninin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında onun həbs edilməsi ilə bağlı çağırışına baxmayaraq, sentyabr ayında Nyu-Yorka səfər etmək niyyətində olduğunu bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
“İlk növbədə, mən Nyu-Yorka gedirəm. Mən mütləq ora gedəcəyəm. Mən həmin — bilirsiniz — nifrət toxumu səpən və nyu-yorkluları bir-birinə qarşı qoyan seçilmiş rəsmilərin qarşısında həqiqəti söyləyəcəyəm”, — deyə Netanyahu bəyan edib.
Daha əvvəl Nyu-York Şəhər Şurasının üzvü Zohran Mamdani etiraf etmişdi ki, federal hökumətin köməyi olmadan Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında İsrailin Baş naziri Binyamin Netanyahunu həbs edə bilməz. Siyasətçi bildirmişdi ki, onun komandası mövcud qanunvericilik çərçivəsində mümkün olan bütün variantları nəzərdən keçirib.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp bu ideyanı qəti şəkildə rədd edib. O, “Truth Social” platformasında yazıb ki, Netanyahu “ABŞ-da olduğu müddətdə heç bir halda və heç bir şəkildə həbs olunmayacaq”
Yeganə





















