Komandanlığın plan hazırlamasına baxmayaraq, işğal əmrini imzalamadı.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu yəhudi dövlət ordusunun komandanlığının quru əməliyyatının yekun planını artıq hazırlamasına baxmayaraq, Qəzza zolağının işğalı barədə əmri imzalamaqdan imtina edib. Bu barədə New York Times mənbəyə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu qərar israilli generalları qəzəbləndirib. Eyni zamanda, Netanyahunun qərarının səbəblərindən biri onun fövqəladə hökumətin bütün üzvləri tərəfindən əməliyyatın yekdilliklə təsdiqini gözləməsidir. Beləliklə, o, özünü ictimai etimadın azalmasından qorumaq istəyir.
Şayəstə Hüseynova