İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS qrupunun son atəşkəs və girovların azad edilməsi təklifinə verdiyi cavabdan sonra Qətərdən girovlarla bağlı danışıqlar aparan komandanı İsraildə məsləhətləşmələri davam etdirmək üçün geri çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə İsrailin “Times” qəzeti Netanyahunun ofisinə istinadən yazır.
“Biz Qətər və Misir vasitəçilərinin, həmçinin ABŞ-ın xüsusi elçisi Stiv Witkoffun danışıqlarda irəliləyiş əldə etmək səylərini yüksək qiymətləndiririk”, – İsrail baş nazirinin mətbuat xidmətinin bəyanatında deyilir.
Medianın da qeyd etdiyi kimi, bəyanatdan bunun danışıqların pozulduğunu göstərib-göstərmədiyi aydın deyil.
Yeganə


















