Nepal parlament seçkiləri üçün sandıq başında

39

Elchi.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Nepalda xalq parlament və əyalət şurası seçkiləri üçün sandıq başına gedib.
Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb.
Bəzi kommunist qrupların seçkiləri boykot etmək çağırışlarından sonra Nepal küçələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Seçki günü bayram günü elan olunduğu halda, şəxsi avtomobillərin və ictimai xidməti avtomobillərin hərəkəti qadağan edilib.
Təxminən 18 milyon seçici 275 nəfərlik parlamentə və 550 nəfərlik əyalət məclislərinə səs verəcək.
Baş nazir Şer Bahadur Deubanın Nepal Konqres Partiyası (NC) müttəfiqi Nepal Maoist Mərkəzi Kommunist Partiyası (MC-NC) və keçmiş Baş nazir Khadga Prasadın Nepal Birləşmiş Marksist Leninist Kommunist Partiyası (UML-NC) bloku ilə mübarizə aparır.

Şayəstə