Rusiyanın tanınmış siyasətçisi Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərin görüntüləri yayılıb.
“Qafqazinfo” Lifenews.ru-ya istinadən xəbər verir ki, “Smolensk” metrosu yaxınlığında tapılan maşında olan iki kişinin görüntüsü nəzarət kameralarına düşüb.
İlkin ehtimallara görə, siyasətçinin qatilləri məhz onların düşdüyü “Lada-Priora” avtomobili vasitəsilə hadisə yerindən uzaqlaşıblar.
Hazırda kriminalistlərin bu fərziyəni fakta çevirmək üçün heç bir sübutu yoxdur. Həmin maşın İnquşetiya Respublikası sakini olan bir qadının adına qeydiyyatdadır.
Qeyd edək ki, müxalifətçi Boris Nemtsov fevralın 28-də gecə saatlarında öldürülüb. Ona ağ rəngli maşından 6 dəfə atəş açılıb. Güllələrdən 4-ü hədəfə dəyib. Nemtsov hadisə yerindəcə keçinib.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...
Son şərhlər