"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Nemət Pənahlı, Rəhim Qazıyev və Əlizadə qardaşlarının “Elçibəy nifrəti”…

17 May 2016 - 08:45
in XƏBƏR LENTİ
FacebookVatsap
Nemət Pənahlı, Rəhim Qazıyev və Əlizadə qardaşlarının “Elçibəy nifrəti”...

Bu nifrətin kökündə nələr dayanır? KXCP sədri səbəblərdən danışdı

Bunu da oxuyun

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Azərbaycan siyasətində tanınmış simalar var ki, son 25 ildə fəaliyyətlərinin böyük bir hissəsini milli-azadlıq hərəkatının simvolu olan Əbülfəz Elçibəyi tənqid, hətta zaman-zaman təhqir etməyə yönəldiblər. Konkret adlar da çəkmək olar. Məsələn, hərəkatının öncül isimlərindən olan Nemət Pənahlı, Elçibəy hökumətinin müdafiə naziri olmuş Rəhim Qazıyev, ASDP sədri Araz və Zərdüşt Əlizadə qardaşları…
Adlarını çəkdiyimiz şəxslərin Elçibəydən nə istədiklərini anlamaq çətindir. Vaxtaşırı bu məsələ əsas müzakirə obyektlərindən birinə çevrilib. Hazırda da gündəmdədir. Səbəb də N.Pənahlının günlər öncə Elçibəyi növbəti dəfə xəyanətdə suçlaması və 1993-cü ildə onu təhqir etməyinə haqq qazandırması olub. Bu şəxslərin hər birinin “Elçibəy nifrəti”ni müəyyən qədər anlamaq olur. Belə ki, Əlizadə qardaşları Elçibəy komandasının iki dəfə istefaya məcbur etdiyi Ayaz Mütəllimovun tərəfdarları olublar. Qazıyevi isə məhz Elçibəy vəzifədən çıxarıb. Pənahlıya gəlincə, onun bu günədək davam edən radikal mövqeyi barədə fikirlər müxtəlifdir. Amma əksəriyyət onun Elçibəyə münasibətini AXC hakimiyyəti dövründə heç bir postda təmsil olunmaması ilə izah edir.
KXCP sədri Mirmahmud Mirəlioğlu bu 4 şəxsin Elçibəyə qarşı radikal mövqeyinə belə şərh verdi: “Rəhim bəyi, Əlizadə qardaşlarını və Nemət bəyi mövqelərinə görə digərlərindən ayırmaq lazımdır. Hər birinin Elçibəyə qarşı münasibətləri fərqlidir. O cümlədən Elçibəy komandasında olan insanlar var ki, onların da münasibətləri müxtəlif olub. Şəxsi, hətta nəsildən qaynaqlanan münasibətlər var. Məsələn, Əlizadə qardaşlarının Elçibəyə mövqeləri şəxsi deyil, atalarından gəlmə münasibətdir. Nemət bəydə də başqa səbəblər var. Bəyin sağlığında baş verən səbəblərdir. Rəhim bəydə məsələlər bir az qarışıqdır. Çünki Elçibəy hakimiyyətində təmsil olunub, Rəyasət Heyətinin üzvü olub. Azadlıq hərəkatından əvvəlki zamandan başlayaraq, Elçibəy hakimiyyətdən gedənə qədər çox proseslər var. Bu şəxslərlə üzbəüz məsələni həll etmək olardı. Bu nifrətin kökündə bir şey durur: Elçibəy böyüklüyü. Hətta dünyasını dəyişdikdən sonra da onunla barışmayan insanlar var. Dünyasını dəyişmiş şəxs bu gün bütövlükdə Azərbaycan siyasətinə hakimdir. Onu necə qəbul edəsən? Hakimiyyət, Bütöv Azərbaycan, Qarabağ, rus qoşunlarının çıxarılması və digər məsələlər, Elçibəyin ortaya qoyduğu konkret mövqe var. Nəticədə onunla rəqib olmaq istəyənlərin sayı çoxaldı. Bu gün hamımız, adını çəkdiyiniz və çəkmədikləriniz daxil olmaqla, hamı Elçibəyə uduzduğuna, özü də həyatda olmayan bir şəxsə məğlub olduğuna görə bunu müxtəlif cür qəbul edir. Mən mübarizə aparıram, meydan lideriyəm, azadlıq aşiqiyəm, millətimi sevirəm, mən, mən, yenə də mən… Amma faydası yoxdur. Çünki hamımız o kişiyə uduzuruq. Məsələnin kökü buradan qaynaqlanır”.
Azadlıq simvoluna həqarət yağdıranlara da Mirmahmud  bəy cavab verdi: “Bu şəxslər haqqında, gördüyünüz kimi, hörmətlə danışdım. Onlara müraciətimi də onları görəndə etdiyim kimi etdim. Bu, məsələlərə yanaşma tərzim və tərbiyəmdən qaynaqlanır. Onlarla heç bir problemim yoxdur. Dünyasını dəyişmiş bir şəxs barədə danışmaq məsələsi əsasdır. Ortada iman məsələsi də var. Mən bilən Rəhim bəy ibadətlə məşğuldur. Deyəsən, Nemət bəy də ibadət edir. Burada bir az suallarım var. Çünki Nemət bəyin dilindən ibadətlə məşğul olduğunu eşitməmişəm. İbadət edən, imanı olan, Allahı ilə öz arasında rabitə yaradan şəxs Allahın yaratdığı insana, hətta həşərata belə diqqətli yanaşmalıdır. Amma bütün varlığı ilə Azərbaycana xidmət edən bir şəxs barədə bu cür danışmaq başqa şeydir. Bu xidmətlər çərçivəsində səhvlər də ola bilər və normaldır. Nemət bəy barədə danışmışam və əlavə şərh vermək istəmirəm. Bundan sonra kim Elçibəy haqqında nəsə desə, adekvat cavabını alacaq. Bu fağır bəndə onları cavabsız qoymayacaq. Özü də ağır cavablar olacaq. Ondan sonra kimsə susmayacaqsa, özü bilsin”.
 
Partiya sədri özlərini Elçibəy tərəfdarları kimi göstərib, liderlərinə deyilənlərə susanlar barədə də danışdı:“Təəssüfedici haldır. Elçibəy komandasında şəxslər olub ki, onun sağlığında ayağının altını qazmaqla, əleyhinə danışmaqla məşğul olublar. Özləri bilərlər. Açıq şəkildə cəsarətləri çatıb zamanında deyə bilmədiklərini deyənlər var. Amma gizli şəkildə Bəyin əleyhinə fəaliyyət göstəriblər. Bu gün Elçibəy və onun təşkilatının adından istifadə etməklə kimisə aldatmaq mümkün deyil. Ağlı kəsən hər kəs bilir ki, doğru nədir, yanlış nə. Hər kəs öz axtardığını tapacaq, bəlasını mütləq çəkəcək. Zamanında Bəyin əleyhinə çıxanların bu gün hər şeyləri var, amma əslinə qalsa, heç nələri yoxdur”.
Previous Post

Nemət Pənahlı, Rəhim Qazıyev və Əlizadə qardaşlarının “Elçibəy nifrəti”…

Next Post

Kredit problemi – hər iki tərəf vaxt udmağa çalışır, banklar çətin durumda

Bənzər yazılar

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Next Post

Kredit problemi - hər iki tərəf vaxt udmağa çalışır, banklar çətin durumda

Kredit problemi - hər iki tərəf vaxt udmağa çalışır, banklar çətin durumda

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12
Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

03 Sentyabr 2026 - 20:49
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46
İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59
“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57
AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

03 Sentyabr 2026 - 19:55
Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

03 Sentyabr 2026 - 19:54
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

03 Sentyabr 2026 - 19:51
Kadiyə 3 oyunluq cəza verilib

Kadiyə 3 oyunluq cəza verilib

03 Sentyabr 2026 - 19:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

I sinfə elektron qəbul başa çatıb

03 Sentyabr 2026 - 19:13
Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

03 Sentyabr 2026 - 18:55
Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

03 Sentyabr 2026 - 18:43
“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

03 Sentyabr 2026 - 18:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.