Azərbaycan neftinin qiyməti artıb.
“AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,68 dollar və ya 1,34% artaraq 51,55 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar azalaraq 48,98 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar azalaraq 49,79 dollar olub.