"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Nefti bahalaşdıran qlobal siyasət – Təhlil

20 May 2016 - 15:26
in DÜNYA, İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Cəmi bir-iki ay əvvəl yalnız həddən artıq optimist proqnozlarda yer alan hadisə artıq baş verməkdədir – neftin 1 barelin qiyməti psixoloji göstərici olan 50 dollara yaxınlaşır.

Hazırda neftin qiyməti 49 dollar təşkil edir ki, bu da nə az, nə çox yarım illik maksimumudur. Belə ki, sonuncu dəfə oxşar qiymət ötən ilin noyabrın 4-də müşahidə olunub. Analitiklər yaranan vəziyyətin səbəbləri barədə ehtimallar irəli sürməkdə davam edirlər, amma demək olar ki, ortada dəqiq cavablardan çox ehtimal və suallar var.

Məsələn, “Goldman Sachs”ın mütəxəssisləri araşdırma apararaq belə nəticəyə gəliblər ki, neft bazarında gözlənilməz olaraq təklif kəsiri yaranıb. Bunun səbəbləri kimi iqtisadiyyatdan çox uzaq olan amillər qeyd edilir – Nigeriyada neft kəmərlərinə silahlı hücumlar, Kanadada yanğınlar və sair. Nəticədə, uzun müddət ərzində ilk dəfə olaraq, bazarda neftin qıtlığı yaranıb və “Goldman Sachs”ın proqnozuna görə, bu vəziyyət ilin ikinci yarısında da davam edəcək. Bu dərhal bazar iştirakçıları, hətta Rusiya kimi bəzi ölkələrdə optimizmin yaranmasına gətirib çıxarıb, hətta uzun müddətli müsbət proqnozlar yaranmağa başlanıb. Amma bir məqam var: əgər neftin bahalaşması faktiki olaraq belə fors-major halları nəticəsində yaranmış neftin qıtlığı səbəbindən veribsə, sevinməyə əsas yoxdur – həmin hallar necə yaranıbsa, elə də yox olacaq.

Həm də neft bazarına həqiqət ciddi təsir edən amillər var. Məsələn, İran neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə çatdırmaq istiqamətində işləri davam etdirir ki, bu da bazarda təklifi artırır. Hətta ehtimal etmək olar ki, bu proses davam edəcək. Belə ki, indi artıq heç kəsə sirr deyil ki, neft bazarında iki iri oyunçu olan İranla Səudiyyə Ərəbistan arasında həqiqi neft müharibəsi başlanmaqdadır. Bu, həm neft hasilatının artırılmasında, həm də qiymətlərdə alıcılar üçün güzəştlərin tətbiq edilməsində özünü büruzə verəcək. Nəticədə hazırda neft bazarında sabitlik səviyyəsindən 1-1,5 mln. barel həcmində artıq həcm müşahidə olunur. Müəyyən dərəcədə bu mənfi amillər müsbətləri ilə tarazlaşdırılır və mütəxəssislərin fikrincə, bundan sonra da tarazlaşdırılacaq. Bu amillər sırasında Çində neftə tələbatın artmasını və Avropada avtomobil satışlarının artması amilləri qeyd edilir. Amma bütün bunlar neftin 50 dollaradək bahalaşmasının səbəblərinə bizi yaxınlaşdırmır, çünki qeyd olunan faktorlar sutkalıq 1-1,5 mln. barel həcmində artıqlığı “əridə” bilməz.

Qəribə səslənsə belə, fikrimizcə səbəbləri axtarmaq üçün Yaxın Şərqə deyil, radikal olaraq Qərbə baxmaq lazımdır. Bloomberg agentliyinin məlumatına görə, ötən həftə ərzində üç neft şirkəti özlərini bankrot elan edib. Bunlar “Chaparral Energy Inc.”, “Penn Virginia Corp.” və “Linn Energy LLC” şirkətləridir ki, onların məcmu borcları 11 mlrd. dollar təşkil edib. Amma bu, necə deyərlər, yalnız aysberqin görünən hissəsidir – ötən ilin əvvəlindən bu günə kimi Şimalı Amerikada 130 neft-qaz istehsalçı və servis şirkətləri özlərini bankrot elan ediblər (Haynes & Boone hüquqi şirkətin məlumatları). Onların məcmu borcu 44 mlrd. dollara bərabərdir ki, buraya ötən həftə bankrot elan edilən üç şirkət daxil deyil. Həmçinin məlumdur ki, bəzi şirkətlər kreditorlarla fəal danışıqlar aparır və bu səbəbdən iflas olan neft şirkətlərinin sayı arta da bilər. Ümumilikdə, Bloomberg belə nəticəyə gəlir ki, son zamanlar müşahidə olunan 45 dollarlıq orta qiymət Amerika neft-qaz şirkətləri üçün kifayət deyil. Yəni, ölkədə iflasa uğramaq dalğasını saxlamaq üçün qiymət qalxmalıdır. Və ya qaldırılmalıdır…

Neft bazarında qiymətlərin təhlilini aparan mütəxəssislər dəfələrlə bildirmişdirlər ki, qiymətlərə əsas təsir edən qüvvə ABŞ-dır. Hansı siyasi və iqtisadi alətlərin vasitəsi ilə buna nail olunur, dəqiq bilinmir, amma bu ehtimallar əsassız deyil. Çünki dəfələrlə bunun sübutların şahidi olmuşuq. Hətta burada əsas məqsədin Rusiyanın iqtisadiyyatına əvəzolunmaz zərbə vurmaq olduğu barədə mütəxəssislərin ortaq fikri də var. İndi isə görünür ki, ABŞ öz tələsinə düşməyə başlayıb, çünki qlobal siyasi qərarların korporativ qurbanlarının sayı artmaqdadır və bu artıq daxili iqtisadiyyata zərbə vurmağa başlayıb. Ehtimal etmək olar ki, həmin qərarların reallaşması zamanı şərti qiymət səviyyəsinin artması istiqamətinə yenidən baxılıb ki, ABŞ-ın öz şirkətləri bankrotluq kimi zərərli proseslə üzləşməsin. Nəticədə son zamanlar neft 50 dollara qədər bahalaşıb. Siyasətdə və qlobal iqtisadiyyatda təsadüflərə inanmaq çətindir – ABŞ-da neft-qaz şirkətləri arasında bankrotluq kütləvi xarakteri alıb və həmin dövrdə neft bahalaşmağa başlayıb. Təsadüfdürmü?

Digər amil yenə də ABŞ-la bağlıdır. Düz bir aydan sonra, iyunun 16-17-də Federal Ehtiyat Sisteminin iclası gözlənilir. Bu il keçirilən iclaslardan fərqli olaraq, bu iclasda faiz dərəcələrin artırmasını gözləmək olar. Hələlik proqnoz vermək çətindir, amma FES elan etmişdi ki, faiz dərəcələrin qaldırılması ən tez ilin ortalarında baş verəcək. İyunda bu böyük ehtimalla baş verə bilər. Digər amil və nəticələrini kənara qoyub əsasına diqqət yetirək: FES-in faizlərinin qaldırılması dolların möhkəmlənməsinə səbəb olur – bunu təcrübə, tarix və iqtisadi qanunauyğunluq təsdiq edir. Nəticədə, FES-in qərarı neftin qiymətlərinə azaldıcı təsir ediləcək. Əgər ABŞ-ın iqtisadi rəhbərliyində faiz dərəcələrin iyunda qaldırılması barədə qərar varsa, əgər ABŞ-ın neft-qaz şirkətlərin iflasa uğramasının qarşısı almaq planları varsa, onda hadisələrin yeganə inkişaf yolunu proqnozlaşdırılmaq olar: indidən nefti o dərəcəyə çatdırmaq ki, FES-in qərarından sonra baş verəcək neftin ucuzlaşmasından sonra yaranan qiymət ABŞ-ın daxili bazarı üçün qənaətbəxş sayılsın. Belə olan halda gözləmək olar ki, iyuna qədər neftin bahalaşması kiçik templərlə davam edəcək ki, iyunun 17-dən sonra ucuzlaşmadan sonra qiymət 50-52 dollar səviyyədə qalacaq.

Yuxarıda qeyd edilən bütün ehtimallarımızın müəyyən təsdiqedici amil kimi onu bildirmək olar ki, hazırda dünya iqtisadiyyatında neftin bahalaşması üçün heç bir hadisə baş vermir, heç bir ciddi göstəricilər elan olunmayıb ki, neft bazarına belə yüksəldici təsir etsin. Əksinə İran-Səudiyyə Ərəbistan neft qarşıdurması, OPEC-in bazara təsiredici alətlərinin və üzvlərinə təsir etmə qabiliyyətinin, demək olar ki, tam itirilməsi kimi amillər neft bazarına yalnız qeyri-sabitliyi gətirir. Belə olan şəraitdə neftin bahalaşması… nə deyiblərsə desinlər, amma bu, süni, idarə olunan prosesə oxşayır. Və bu prosesin kim tərəfindən edilməsi barədə ehtimal edəndə yuxarıda qeyd olunan “qeyri-təsadüfi” unutmaq olmaz (şirkətlərin kütləvi bankrotluğu – neftin bahalaşmasının başlanması təsadüfdən daha çox səbəb-nəticəyə bənzəyir). Hər halda səbəblərdən asılı olmayaraq, neft hasilatçıları üçün nisbətən uğurlu dövr davam etməkdədir. Əgər ilin əvvəlindəki 28-29 dollarlıq qiymətlər dövrünü xatırlasaq, həm də həddən artıq uğurlu…

Previous Post

Nefti bahalaşdıran qlobal siyasət – Təhlil

Next Post

Hansı müəssisələr özəlləşdiriləcək?

Bənzər yazılar

“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.72 ABŞ...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, iyunun 4-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Elchi.az xəbər verir ki, onilliklər ərzində aparılan tədqiqatların məlumatları göstərir...

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Next Post

Hansı müəssisələr özəlləşdiriləcək?

Hansı müəssisələr özəlləşdiriləcək?

Son xəbərlər

“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.