"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Neftçilərimizin itkin düşməsindən 10 gün ötdü

14 Dekabr 2015 - 13:00
in GÜNDƏM, HADİSƏ
FacebookVatsap

 Neftçilərimizin itkin düşməsindən 10 gün ötdü

Bunu da oxuyun

DİN-in yeni vəzifəsi müəyyənləşib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Onların doğmalarında azacıq da olsa ümid işartıları qalıb; dünyada bu tipli hadisələr dəfələrlə olub; Mirvari Qəhrəmanlı: “Sağ qalma ehtimalı sıfıra enib…”

Bu gün “Günəşli” yatağının 10-cu platformasında baş verən müdhiş faciədən 10 gün ötür. 32 neftçinin sulara qərq olduğu hadisə ilə 23 nəfərin axtarışı hələ də davam edir. Eyni zamanda qəzadan öncə “Neft Daşları”nın itkin düşən 3 əməkdaşının da axtarışları nəticə verməyib. 
Hazırda itkin düşənlərlə bağlı ümidlər tükənsə də, azacıq da olsa qəlblərdə ümid işartıları hələlik qalıb. İtkin düşən neftçilərin yaxınlarının gözləri xoş xəbər eşidəcəkləri ilə bağlı yollara dikilib. Ümidini üzüb, yaxınlarının heç olmasa cəsədlərinin tapılmasını təskinlik kimi qəbul edənlər də az deyil. Ancaq reallıqdan çıxış etsək, itkin düşənlərin həyatda qalmaları, sadəcə, möcüzə sayıla bilər. Hətta onların cəsədlərinin tapılması da artıq möcüzəyə çevrilib.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirdi ki, itkin düşən neftçilərin sağ qalma ehtimalları artıq sıfıra enib: “10 gün keçir hadisədən.
Bu müddətdə itkin düşənlərin sağ qalma ehtimalları varmı? Yalnız hansısa möcüzə nəticəsində. Havanın qasırğalı olmasını, suyun soyuqluğu və xüsusi geyimin suya düşərkən daha da ağırlaşmasını nəzərə alsaq, artıq bu ehtimallar sıfıra enib. Hava qasırğalı olduğu üçün külək cəsədlərin dənizdən daha da uzağa apara bilər. Bu da onların tapılma şanslarını azaldır”.
 
 
M.Qəhrəmanlı dünyada baş verən bu cür hadisələrə də nəzər saldı: “Ümumiyyətlə, indiyədək dünyada baş verən bu cür hadisələr nəticəsində tapılmayan insanlardan bir neçə misal gətirəcəyəm. Açıq dənizdə neft-qaz hasilatı olduqca riskli işdir. Bu cür qəza ilə üzləşən təkcə SOCAR deyil. 2010-cu ildə BP-nin ABŞ-ın Meksika körfəzində kəşfiyyat işləri aparan nəhəng ”Deepwater Horizon” platformasında quyudan güclü qaz sızması nəticəsində güclü partlayış baş verib. Bu zaman 11 neftçi itkin düşüb. BP platformadakı qalan işçiləri evakuasiya edə bilib və güclü yanğınla mübarizəyə başlayıb.
Lakin yanğını söndürmək və platformanı xilas etmək mümkün olmayıb. 1983-cü ilin 25 oktyabrda ARCO neft şirkətinin “Glomar Java” dəniz qazma gəmisi Cənubi Çin dənizində, “Lex” qasırğası zamanı batıb. 81 nəfərdən ibarət bütün heyət həlak olub. Axtarışlar nəticəsində 36 cəsəd tapılıb, onlardan yalnız 31-ni sahilə çıxarmaq mümkün olub. Qalan 45 nəfər itkin düşdüyünə görə “ölmüş” elan edilib. 7 mart 1980-ci ildə Norveç neft ixracatı tarixində baş tutan ən dəhşətli faciələrdən biri baş verib. Qəza hökumətə və ümumilikdə ölkənin neft sənayesinə ciddi zərbə vurub.
Faciəyə əsas səbəb buruğun beş “ayağ”ından birinin materialının köhnəlmiş olması və sınması olub. Ümumilikdə platformada çalışan 212 nəfərdən 123-ü həlak olub. Buruq aşandan bir neçə saat sonra hadisə yerinə Norveç, Danimarka, Almaniya və Böyük Britaniyadan 7 təyyarə və 19 helikopter sağ qalanların, eləcə də ölənlərin axtarışına başlayıb. Bundan əlavə 9 hərbi və 71 sərnişin gəmisi Şimal Dənizində güclü tufan şəraitində xilasetmə əməliyyatında iştirak edib. Onlar bu cür hava şəraitində cəmi 82 nəfərin həyatını ölümdən qurtara bilmişdi. Yəni belə hadisələri çox sadalamaq olar”.
Hüquq müdafiəçisi itkin düşən neftçilər tapılmasa, atılmalı olan addımlardan da danışdı: “İtkin düşənlər tapılmasa, onlar məhkəmə qərarı əsasında ölmüş hesab olunmalıdırlar. SOCAR-da baş verən qəzalar həm hökumətə, həm də SOCAR rəhbərliyinə ciddi dərs olmalıdır. İnsan faktoru əsas götürülməlidir. Şirkət daxilində də komissiya yaradılıb, iş yerlərinin, işçilərin iş şəraiti, avadanlıqlar, qurğular ciddi yoxlanılmalıdır”.
Xatırladaq ki, “Günəşli” yatağında güclü külək nəticəsində dekabrın 4-də baş verən qəza nəticəsində platformada olan 63 nəfərdən 33-ü xilas olunsa da, yerdə qalanlarını qurtarmaq mümkün olmayıb. Onlardan 6 nəfərinin cəsədi tapılsa da, digərlərinin axtarışları hələ də davam edir.
Previous Post

Neftçilərimizin itkin düşməsindən 10 gün ötdü

Next Post

“ASAN xidmət”dən növbəti uğur

Bənzər yazılar

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26

Daxili İşlər Nazirliyinin yeni vəzifəsi müəyyənləşib. Elchi.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli...

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub. Elchi.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis...

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

09 Sentyabr 2026 - 10:35

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində...

Next Post

“ASAN xidmət”dən növbəti uğur

“ASAN xidmət”dən növbəti uğur

Son xəbərlər

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09 Sentyabr 2026 - 19:12
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

09 Sentyabr 2026 - 18:52
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

09 Sentyabr 2026 - 18:44
Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

09 Sentyabr 2026 - 18:32
Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

09 Sentyabr 2026 - 18:27
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

09 Sentyabr 2026 - 18:13
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.