"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Neftçalada belə avtomobillər istehsal olunacaq: alıcı axtarılır

18 Sentyabr 2017 - 10:35
in aktual-banner, Banner, Cebhe-banner, İQTİSADİYYAT
FacebookVatsap
Neftçalada belə avtomobillər istehsal olunacaq: alıcı axtarılır
İlkin mərhələdə “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobillər olacaq

Azərbaycanın “AzerMash” və İranın “Iran Khodro” şirkəti birgə istehsal etdikləri avtomobilləri Ukrayna, Rusiya və Mərkəzi Asiya bazarlarına tədarük etmək imkanlarını müzakirə edir. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu “AzerMash” şirkətinin təsisçisi Emin Axundov deyib. Ötən il iki şirkət arasında Neftçala sənaye zonasında birgə avtomobil zavodunun yaradılması barədə saziş imzalanıb. Layihənin dəyəri 15 milyon dollar qiymətləndirilir: “Bu gün artıq Ukraynadan bizim avtomobillərin bu ölkəyə tədarük edilməsi ilə bağlı təklif almışıq. Eləcə də Şimali Qafqaz (Rusiya), Tacikistan və Türkmənistandan olan şirkətlərlə bu barədə danışıqlar aparırıq”.

Bunu da oxuyun

Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

Qızıl və gümüş yenidən ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

Onun sözlərinə görə, “AzerMash” və “Iran Khodro”nun Azərbaycanda istehsal edilən avtomobillərin başqa ölkələrə tədarükü ilə bağlı böyük planları var: “Azərbaycan hökumətinin uğurlu siyasəti sayəsində biz ixrac edə biləcəyimiz məhsul istehsal edə bilirik. Bu, Azərbaycana imkan verəcək ki, İran avtomobillərinin başqa ölkələrə tədarükü üçün hab rolu oynaya bilsin”.

Müəssisə rəhbərinin sözlərinə görə, hazırda zavodu idarə edəcək birgə müəssisənin qeydiyyatı məsələləri aparılır: “Birgə müəssisədə 75 faiz pay “AzerMash” şirkətinə, 25 faiz pay isə “Iran Khodro” şirkətinə məxsusdur. İran tərəfi zavod üçün lazımi avadanlığı Azərbaycana tədarük etməyi öhdəsinə götürüb. Biz isə zavodun tikintisini maliyyələşdirəcəyik. Bu, böyük layihədir və hazırda biz zavodun tikintisini yekunlaşdırmaq mərhələsindəyik”.

Şirkət təsisçisi daha sonra əlavə edib: “Hələ ki ildə 5-6 min avtomobil istehsal etməyi planlaşdırırıq. Növbəti mərhələlərdə bu rəqəmi 10 minə çatdırmağı düşünürük. Bu gün zavodda 300 işçi çalışır, gələcəkdə həmçinin ştatı da artıra bilərik”.

O, avtomobillərə böyük təlabat olacağını da qeyd edib və bildirib ki, həmin avtomobillər yüksək keyfiyyəti ilə seçilir. E.Axundov zavodda ilkin mərhələdə “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobillərin istehsal edilməsinin planlaşdırıldığını bildirib. Bununla belə gələcəkdə istehsal edilən avtomobillərin spektrinin genişlənməsini də istisna etməyib.

Qeyd edək ki, birgə müəssisənin avtomobil zavodu Neftçala Sənaye Parkında tikilir.

Previous Post

Neftçalada belə avtomobillər istehsal olunacaq: alıcı axtarılır

Next Post

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

Bənzər yazılar

Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

24 İyul 2026 - 11:46

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xarici bazarlara 8 milyon 801.35 min ABŞ dolları dəyərində 437.20 ton çay ixrac edilib. Elchi.az...

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş yenidən ucuzlaşıb

24 İyul 2026 - 09:43

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

“Brent” nefti 60 dollara qədər ucuzlaşa bilər

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

24 İyul 2026 - 09:34

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,54...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

24 İyul 2026 - 09:25

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, iyulun 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil...

Next Post

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

Son xəbərlər

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

24 İyul 2026 - 12:30
Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlimi keçirib

24 İyul 2026 - 12:29
Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

Arıqlama dərmanları göz xəstəliyi riski yarada bilər

24 İyul 2026 - 12:14
“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

“İdrak” liseyindəki cinayət işi qapalı keçiriləcək – Qərar

24 İyul 2026 - 12:05
“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

“Qarabağ”dan “Seltik”ə keçən Duran: Buna görə özümü əla hiss edirəm

24 İyul 2026 - 11:54
Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

Azərbaycandan çay ixracı artıb, idxal isə azalıb

24 İyul 2026 - 11:46
ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

ÜST: Ebola yoluxmaları açıqlanandan iki dəfə çox ola bilər

24 İyul 2026 - 11:38
Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb

24 İyul 2026 - 11:29
İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

İspaniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

24 İyul 2026 - 11:22
Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16
“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15
Astronomlardan kosmosda misilsiz kəşf

Astronomlardan kosmosda misilsiz kəşf

24 İyul 2026 - 11:02
Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

24 İyul 2026 - 10:57
ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

ABŞ 60-dan çox ölkəyə yeni tariflər tətbiq edir

24 İyul 2026 - 10:55
Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

Yumurtalarda ölümcül salmonella şübhəsi! Tonlarla məhsul geri çağırıldı

24 İyul 2026 - 10:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.