"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Neft Fondundan Mərkəzi Banka transfert: Məqsəd nədir? – TƏHLİL

13 Yanvar 2017 - 13:10
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Dövlət başçısı tərəfindən Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il üçün büdcəsi təsdiqlənərək, açıqlandıqdan sonra sənəddə xərclərə dair bir istiqamət – makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) transfertin yuxarı həddinə dair müddəa çoxlarını təəccübləndirib.

Bu da təbiidir. Çünki indiyədək ARDNF-ın heç bir ilə dair büdcə sənədlərində belə bir transfert nəzərdə tutulmamışdı. Yəni, buna rast gəlməmişdik. ARDNF-dan hər il yalnız, dövlət büdcəsinə transfert həyata keçirilirdi ki, bu da dövlətin əsas maliyyə sənədində gəlirlərin 50%-dən yuxarı təşkil edirdi. Son illər ərzində isə bunun azaldılması siyasəti həyata keçirilməkdədir.

Məlumdur ki, 2017-ci ilə dair ölkənin əsas maliyyə sənədinə əsasən Fonddan dövlət büdcəsinə 6 milyard 100 milyon manat transfert nəzərdə tutulub. Bu da indiki kursla 3 milyard 400 milyona yaxın ABŞ dolları edir. Yəni, ARDNF məhz bu məbləğdə valyutanı AMB-nin cari il ərzində keçirəcəyi valyuta hərraclarına çıxararaq satacaq ki, dövlət büdcəsinə nəzərdə tutulan 6 milyard 100 milyon manat transferti həyata keçirə bilsin.

AMB-nin özünün rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyad dollara yaxına qədər endiyindən, keçirəcəyi hərraclara dollar çıxartmaq imkanı yoxdur. SOCAR-a gəldikdə, bir sıra layihələrin icrası üçün onun hələ özünə xarici valyuta lazımdır. Hansı ki, bunlar ölkə iqtisadiyyatı üçün olduqca əhəmiyyətli layihələrdir. Ölkədə adları çəkilən bu 3 qurumdan savayı isə dollar təklif edə bilən subyekt yoxdur. Üstəlik, valyuta bazarımızda vəziyyət məlumdur.

Bəs, sözügedən məsələdə məqsəd və əhəmiyyət nədən ibarətdir? İndiyədək ARDNF-dan heç vaxt AMB-ə vəsait köçürülmədiyi halda, bu, nədən ediləcək?

Ötən il Fond valyuta hərraclarına 4 milyard 881 milyon həcmində dollar çıxarıb. Bunun 4,6 milyard dolları dövlət büdcəsinə transfert təşkil edib. İl ərzində ən çox dollar satışı isə sentyabr ayında olub – 631,1 milyon dollar.

ARDNF-dan heç vaxt AMB-ə vəsait köçürülmədiyi halda, cari ildə bunu həyata keçirmək istəyində məqsədin makroiqtisadi sabitliyin təmin etmək olduğu sənəddə aydın ifadə edilib. Ümumiyyətlə, bu barədə şərhlərimdə də yazmışam ki, cari il üçün hökumətin nail olmaq istəyəcəyi əsas hədəf məhz inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Və bu da, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq.

2017-ci il ərzində orta inflyasiya səviyyəsi rəsmi olaraq 7,3% nəzərdə tutulub. Nazirlər Kabinetinin ötən ilin sösial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyev də bəyan etdi ki, inflyasiya birrəqəmli səviyyəyə enməlidir. Ona görə də, olduqca təqdirəlayiq haldır ki, Neft Fondunun 2017-ci il üçün büdcəsindən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7 milyard 500 milyon manat transfert planlaşdırılıb. Bu da, təxminən 4 milyard dollardan artıq xarici valyuta deməkdir. Yəni, əlavə olaraq bu məbləğdə vəsait də konvertasiya üçün bazara çıxmaq şansındadır.

Ancaq burada bir nüans var. O da bundan ibarətdir ki, cənab Prezidentin ifadəsi ilə desək, iki uzunqulağın arpasını bölə bilməyən bəzi iqtisadçılar KİV-ə elə formada izahat verirlər ki, Fonddan il ərzində guya, məhz göstərilən həcmlərdə transfertlər həyata keçiriləcək. Bu, belə deyil.

Belə ki, həm dövlət büdcəsinə və həm də AMB-ə ediləcək transfertlər ilə bağlı müddəalarda “transfertin yuxarı həddi” sözləri nəzərdən qaçırılmalı deyil. Yəni, hər şey ümumən, iqtisadiyyatda vəziyyətdən asılı olacaq.

Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, bütövlükdə 2016-cı il ərzində Fond valyuta hərraclarına 4 milyard 881 milyon həcmində dollar çıxarıb satsa da, bunun 4,6 milyard dolları dövlət büdcəsinə transfert təşkil edib. Yəni, 200 milyon dollardan artıq vəsait ARDNF-ın dövlət büdcəsi qarşısındakı öhdəliyindən əlavə olaraq çıxarılaraq satılıb. Çünki buna əlavə xərclər və öhdəliklər səbəb olub. Odur ki, söhbət əgər, bilavasitə il ərzində bilavasitə hərraclardan gedərsə, ARDNF dövlət büdcəsinə və AMB-ə tranfertlərdən (3,4 milyon + 4,2 milyon$) əlavə həcmdə də olaraq dollar çıxarıb sata bilər.

Ümumiyyətlə, tranfertlər sırf hərraclarla bağlı deyil və məhz göstərilən, o cümlədən ekvivalent məbləğdə olan dolllar vəsaitini çıxardıb satmağı ehtiva etmir.

Məzənnəyə gəldikdə isə, hesab edirəm ki, 2017-ci il ərzində daxili valyuta bazarında “alovu söndürmək” üçün il ərzində 5-6 milyard dollar təklifi ilə də keçinmək mümkün olacaq.


Pərviz Heydərov

Previous Post

Neft Fondundan Mərkəzi Banka transfert: Məqsəd nədir? – TƏHLİL

Next Post

Sabah yağış yağacaq

Bənzər yazılar

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

08 Oktyabr 2026 - 14:14

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Elchi.az xəbər verir ki,...

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

08 Oktyabr 2026 - 13:42

2025-ci ildə Azərbaycanda 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. Elchi.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən,...

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

08 Oktyabr 2026 - 10:23

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb. Bu barədə Elchi.az-a FHN-nin mətbuat xidmətindən məlumat...

Next Post

Sabah yağış yağacaq

"Boş evə getdik, dedim, qurban olum, eləmə, dedi ki, sənlik deyil" - VİDEO

Son xəbərlər

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

08 Oktyabr 2026 - 17:26
ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

08 Oktyabr 2026 - 17:19
Husilər Səudiyyənin neft obyektlərini vurmaqla hədələyib

Husilər Səudiyyənin neft obyektlərini vurmaqla hədələyib

08 Oktyabr 2026 - 17:10
Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

08 Oktyabr 2026 - 16:58
Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

08 Oktyabr 2026 - 16:47
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

08 Oktyabr 2026 - 16:35
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

08 Oktyabr 2026 - 16:29
Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

08 Oktyabr 2026 - 16:15
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

08 Oktyabr 2026 - 16:09
Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00
Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53
Qış turizmində qar problemi belə həll olunacaq

Qış turizmində qar problemi belə həll olunacaq

08 Oktyabr 2026 - 15:44
İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

08 Oktyabr 2026 - 15:30
ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16
Repatriasiya edilən 13 nəfərin sosial reabilitasiyasına başlandı

Repatriasiya edilən 13 nəfərin sosial reabilitasiyasına başlandı

08 Oktyabr 2026 - 15:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.