ABŞ prezidenti Co Baydenin administrasiyası süni intellektin inkişafı ilə maraqlanıb. ABŞ Konqresinin Senatının Ticarət, Elm və Nəqliyyat Komitəsinin üzvü Piter Uelç bildirib. Elchi.az bu barədə “NBC Nevs” ə istinadən xəbər verir.
Uelç ABŞ Senatının və onun ayrı-ayrı komitələrinin süni intellektin inkişafı üçün qanunvericilik bazası yaratmaq cəhdlərini şərh edərkən, “Süni intellektin inkişafı inanılmaz sürətlə gedir və heç birimiz onunla ayaqlaşa bilmərik” deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl Britaniyalı alim, Kaliforniya Universitetinin fəxri professoru Stüart Rassel “The Times” qəzetinə müsahibəsində istənilən məntiqi problemi həll etməyə qadir olan süni intellektin yaranması bəşəriyyəti fəlakətlə təhdid edir deyə bildirib.
Havar Şəfiyeva