Dövlət reabilitasiya müəssisələrinin nümunəvi nizamnaməsi təsdiqlənib.
Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
“Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə təsdiq edilib.
“Dövlət reabilitasiya müəssisəsi haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1998-ci il 5 may tarixli Qərarı ləğv edilib.
Qərarda dəyişiklik Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto
Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...