Keçən il qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində 39,4 milyon manat dəyərində qaçaqmalçılıq predmeti olan əşyalar – pul, qiymətli kağızlar, zinət əşyaları, mal-qara, narkotik vasitələr, dövriyyəsi qadağan edilmiş digər predmetlər aşkar edilərək götürülüb.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2018-ci ildə 16 qaçaqmalçı qrup zərərsizləşdirilib.
Hesabatda bildirilir Ki, odlu silah və döyüş sursatlarının, partlayıcı maddələrin istehlakı, saxlanılması, oğurlanması və satılmasına qarşı mübarizə tədbirləri nəticəsində 2 ədəd AKS-74 avtomat silahı, 34 tüfəng, 14 tapança, 2 ədəd gecəgörmə cihazı, 1 ədəd dron, 1178 ədəd müxtəlif ölçülü patron, 1 ədəd elektrokeyləşdirici, 2 ədəd radiostansiya, 15 ədəd tank əleyhinə mina aşkarlanaraq götürülüb.
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....





















Son şərhlər