Rusiya dərhal qoşunlarını Dnestryanıdan çıxarmalıdır.
Elchi.az xəbər verir ki, bu sözləri Moldovanın xarici işlər naziri Niku Popesku deyib.
“Rusiya hərbçilərinin, habelə silah-sursatlarının Kolbasne anbarlarından qeyd-şərtsiz və şəffaf şəkildə Moldova Respublikası ərazisindən çıxarılmasının zəruriliyini bir daha təsdiqləyirik”, – deyə o bildirib.