Hər kəs Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə maraqlanır. Bəziləri orada blokada təsəvvürü yaratmağa çalışırlar.
Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan dövlətinin mövqeyi isə açıqdır. Azərbaycan tərəfi əlindən gələni edir. Etirazçıların da humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçir. Məsuliyyətli dövlət olaraq atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış fikir barədə müzakirə aparmaq doğru deyil. Əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır”, – C.Bayramov bildirib.
Prezident İlham Əliyev Çin liderini təbrik edib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab...






















Son şərhlər