Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Bartın vilayətindəki mədəndə baş vermiş partlayışla əlaqədar qardaş ölkədən olan həmkarları – Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezerə başsağlığı məktubları göndərib.
Elchi.az xəbər verir ki, nazir Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.
Bakıda AQEM Media Forumu keçirilir
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....





















Son şərhlər