"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Nazir: “Pakistanın Azərbaycana verdiyi dəstək davam edəcək”

25 Fevral 2019 - 10:06
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan XİN Yamaykanı təbrik etdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

 Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş seminar Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi və Pakistanın Milli Elmlər və Texnologiya Universiteti (NUST) ilə birgə İslamabad şəhərində təşkil edilib.

Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Pakistanın əyalətlərarası koordinasiya üzrə federal naziri, Pakistan Milli Assambleyasının sabiq sədri xanım Fehmida Mirzənin ali qonaq kimi təşrif buyurduğu “Münaqişələr, soyqırımlar, müharibələr – Bir daha olmasın. Etimadla Sülh və Sabitlik” mövzusundakı seminarda Milli Elmlər və Texnologiya Universitetinin rektoru, ehtiyyatda olan general-leytenant Navid Zaman, Pakistan XİN-nin nəzdində olan İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin sədri, sabiq səfir Xalid Mahmud, bir sıra ölkələrin səfirləri, yüksək rütbəli diplomatları, media mənsubları, gənclər və universitet tələbələri, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Milli Elmlər və Texnologiya Universitetin rektoru Navid Zaman seminarı giriş sözü ilə açaraq, soyuq müharibənin bitməsi ilə dünyada sülhün bərqərar olacağına dair ümidlərin özünü doğrultmadığını, dünyanın müxtəlif yerlərində cəzasızlıqla müşayiət olunan müharibələrin və soyqırımların baş verdiyini, bunlardan birinin də Ermənistan tərəfindən Xocalıda törədildiyini bildirib. O, dünya ictimaiyyətinin, xüsusilə də region ölkələrinin soyqırım və bənzər cinayətlərə qarşı öz səsini yüksəltməsinin vacibliyini vurğulayıb.

Azərbaycana məxsus Dağlıq Qarabağda Ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinin önəmli təzahürlərindən birinin ermənilərin Xocalıda törətdiyi soyqırım olduğunu ifadə edən İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Xalid Mahmud BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz tərk etməsini tələb etdiyini, lakin Ermənistanın buna məhəl qoymadığını diqqətə çatdırıb. O, beynəlxalq hüququn müəyyən etdiyi tərifə əsasən, heç bir fərqləndirmə aparılmadan Ermənistanın Xocalıda Azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsinin soyqırım olduğunu, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında “Böyük Ermənistan” xəyalları ilə ermənilərin həyata keçirdiyi soyqırım siyasətinin şahidi olduğunu qeyd edib. Direktor, həmçinin Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəklədiyini, Pakistan Milli Assambleyası və Senatının xarici işlər üzrə komitələrinin Xocalıda Ermənistanın soyqırım törətdiyini tanıyan və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsini tələb edən qətnamələr qəbul etdiyini iştirakçıların nəzərinə çatdırıb.

Dağlıq Qarabağ məsələsində Türkiyənin də qardaş ölkə Azərbaycanı tamamilə dəstəklədiyini, Ermənistanın Xocalıda törətdiyi kütləvi qırğını sərt şəkildə qınadığını bildirən Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycanın ərazi bötüvlüyünün bərpasını, Xocalıda və dünyanın digər bölgələrində türk və müsəlmanlara qarşı həyata keçirilən cinayətləri edənlərin ədalət məhkəməsi qarşısında cavab verməsini tələb etdikərini vurğulayıb. Səfir Türkiyədə də Xocalını anma mərasiməri keçirildiyini, insanların bu hadisələri unutmasının problemləri həll etməyəcəyini, ona görə də xüsusilə ölkələrimizin gənc nəslinin bu məsələlərdə həmrəylik və məsuliyyət nümayiş etdirməli olduğunu ifadə edib.

Tədbirin ali qonağı, Pakistanın əyalətlərarası koordinasiya naziri Fehmida Mirzə Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində hər zaman Azərbaycanı müdafiə etdiyini, Ermənistanı bir dövlət kimi tanımadığını, Ermənistanın Xocalıda törətdiyi soyqırımı qınadığını qeyd edərək, Azərbaycan, Pakistan və Türkiyənin eyni dəyərləri və regionda sülh və sabitliyin bərqərar olunması ilə bağlı eyni hədəfləri bölüşdüyünü vurğulayıb. Nazir çıxışını “Hər kəs bir daha əmin olsun ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycana verdiyi dəstək davam edəcək” deyə bitirib.

Dağlıq Qarabağ münaqişəsinin və erməni iddialarının mənşəyi barədə məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə “Gülüstan” və “Türkmənçay” müqavilələri nəticəsində ermənilərin kütləvi şəkildə qədim Azərbaycan ərazilərinə köçürülməsindən sonra ermənilərin təcavüzkar niyyətlərinin ortaya çıxdığını, Azərbaycanlıların onlara göstərdiyi humanizmin əvəzində ermənilərin şovinizmə yuvarlanaraq Azərbaycan, İran və Türkiyədə türk və müsəlmanlara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiklərini qeyd edib. Özlərinin törətdiyi cinayəti bilən ermənilərin arxivləri açaraq həqiqətləri ortaya çıxarma təklifindən boyun qaçırdığını deyən səfir 1918-ci ildə Bakıda Azərbaycanlılara qarşı soyqırımı reallaşdıran erməni liderlərdən S.Şaumyanın Azərbaycanlıların qırğınının etnik xarakterini etiraf edərək buna haqq qazandırdığını, 1992-ci ilin fevral ayında Xocalı Soyqırımını həyata keçirən, daha sonra Ermənistanın prezidenti olmuş S.Sarkisyanın “Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”-sözləri ilə əsas məqsədlərinin Azərbaycanlı əhalini soyqırıma məruz qoymaq olduğunu ifşa etdiyini diqqətə çatdırıb.

Səfir dünyanın bir sıra dövlətlərinin artıq Xocalı Soyqırımını tanıdığını və bu prosesin davam etdiyini bildirib, 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi və 2017-ci ildə Pakistan Milli Assambleyasının xarici işlər komitəsi tərəfindən Xocalı Soyqırımının tanınmasına və Ermənistanın Azərbaycan torpaqlarının işğalını sərt şəkildə qınamasına, habelə İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupununun fəal üzvü olduğuna görə Pakistan xalqına və dövlərinə minnətdarlığını ifadə edib. Səfir, yekunda dünya ictimaiyyətini Ermənistanın təcavüzkarlıq və soyqırım siyasətini qınamağa, işğal etdiyi Azərbaycan torpaqlarını dərhal boşaltmağa, soyqırım səbəbkarlarının məsuliiyətə cəlb olunmasına və cəzalandırılmasına səyləri artırmağa çağırıb.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş Xocalı Soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib, Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən fotostendlər, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar seminarın təşkil olunduğu zalın foyesində sərgilənib.

Previous Post

Nazir: “Pakistanın Azərbaycana verdiyi dəstək davam edəcək”

Next Post

Azərbaycan MDB-də ekskursiya istirahəti üçün ən yaxşı üçlükdədir

Bənzər yazılar

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

07 Avqust 2026 - 14:29

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev...

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yamaykanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial...

Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

06 Avqust 2026 - 18:41

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial...

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust 2026 - 17:57

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mətbuata açıqlama ilə çıxış edib. O, Demokrat.az-a açıqlamasında...

Next Post
Azərbaycan MDB-də ekskursiya istirahəti üçün ən yaxşı üçlükdədir

Azərbaycan MDB-də ekskursiya istirahəti üçün ən yaxşı üçlükdədir

Azərbaycan MDB-də ekskursiya istirahəti üçün ən yaxşı üçlükdədir

Azərbaycan MDB-də ekskursiya istirahəti üçün ən yaxşı üçlükdədir

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.