"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Nazir fondun vəzifəli şəxslərini cəzalandırdı

19 İyul 2017 - 13:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin ctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bölgədə və dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətin, böhran proseslərinin hökm sürdüyü şəraitdə sabitlik və əmin-amanlıq məkanı olan Azərbaycanda bütün istiqamətlər üzrə inkişaf tempinin davam etdiyini vurğulayıb.

S.Müslümov 2017-ci ildə ölkədə davam edən sosial-iqtisadi inkişaf proseslərinin Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası sahəsində göstəricilərdə də öz əksini tapdığını, xüsusən uğurlu iqtisadi şaxələndirmənin sosial sığorta daxilolmalarına əhəmiyyətli təsirini diqqətə çatdırıb: “Bu ilin 6 ayında Fondun gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 259,4 mln. manat və ya 16,6 faiz artaraq 1822,5 mln. manata yüksəlməsi, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 16,7 faiz və ya 105,3 mln. manat artaraq 1005,7 mln. manat təşkil etməsi və proqnoza 101,7 faiz əməl olunması bunun əyani təsdiqidir.

Müsbət haldır ki, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edir və sosial sığorta haqlarının 62,9 faizi və ya 632 mln. manatı qeyri-büdcə sektorundan daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 9,8 faiz və ya 56,2 mln. manat çox olmaqla, rüblük proqnozun 105 faiz icra edildiyini göstərir”.

Cari ilin 6 ayında Fondun xərclərinin 1708,1 mln. manat təşkil etdiyini bildirən nazir qeyd edib ki, bu vəsaitin 1672,40 mln. manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib: “Əmək pensiyaları ilə bağlı xərclər 1626,6 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 45,8 mln. manat olub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan verib”. Nazir fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayının da artmaqda davam etdiyini diqqətə çatdırıb: “Bu sistemdə qeydiyyata alınan sığortaolunanların sayı cari ilin əvvəlinə nisbətən 124770 nəfər və ya 3,7 faiz artaraq 2017-cı il 1 iyul tarixə 3 496 678 nəfərə çatıb. Onlardan 59,5 faizi kişilər, 40,5 faizi qadınlardır”.

S.Müslümov bildirib ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə uyğun, yəni 12,4 faiz indeksləşdirilərək artırılması həyata keçirilib: “Ümumiyyətlə, sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikası 2017-ci ildə də davam edir. Cari ilin 01 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb. Pensiyaçıların sayı isə cari ilin 01 iyul tarixinə 1 milyon 325 min nəfər (ölkə əhalisinin 13,5%-i) təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alanlardır”.

S.Müslümov Prezident İlham Əliyevin 2017-ci il 01 may tarixli fərmanı ilə pensiya qanunvericiliyində bu il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərin pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərini əhəmiyyətli şəkildə gücləndirdiyini vurğulayıb: “Bununla da bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsində mühüm faktor kimi vətəndaşların pensiya təminatı sistemində və üzləşə biləcəkləri sosial risklərin səmərəli idarə olunmasında, bu risklərin mənfi nəticələrinin minimallaşdırılmasında daha fəal iştirakı stimullaşdırılır. Qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın həyata keçirilməsi, pensiya təminatı sistemində təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi, sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi və s. kimi mühüm məsələlərin həlli təmin olunur. Eyni zamanda bu dəyişikliklər başlıca məqsədlərdən biri olan – pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına əsaslı təminat verir”.

Son illərdə nazirliyin fəaliyyət sahələrində İKT-nin uğurlu tətbiqi işlərinin aparıldığını qeyd edən S.Müslümov yeni yaradılan elektron sistemlər nəticəsində əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində idarəetmənin və əhaliyə xidmətlərin müasir və şəffaf şəkildə qurulduğunu diqqətə çatdırıb:

“Sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılaraq vahid rüblük hesabatla əvəz edilməsi və 2017-ci ilin 1 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması əhaliyə xidmətlərin elektron müstəvidə sadələşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, səmərəli iş mexanizmlərinin tətbiqi yönündə ötən dövrdə aparılan işlərin davamıdır”.

Nazir ölkəmizdə bütün sosial proqramlar kimi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının da uğurla icra edildiyini vurğulayıb: “Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin yeni mənzillə təminatı həyata keçirilib. Cari ildə də nazirliyin sifarişi ilə Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala Qazax, İsmayıllırayonlarında inşa olunmuş yeni fərdi yaşayış evləri, ümumilikdə 29 ev bu təbəqələrdən olan insanlara təqdim olunub”.

Cari ilin ilk yarımilində respublika əhalisinin 4,4 faizinə və ya 442800 nəfərə aylıq və birdəfəlik sosial müavinət, 58638 nəfərə isə Azərbaycan Prezidentinin aylıq təqaüdlərinin təyin olunaraq ödənildiyini qeyd edən S.Müslümov bu məqsədlər üçün ödənilən vəsaitin məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 milyon manat və ya 4,2 faiz artdığını, bunun da sosial müdafiə sahəsində dövlət qayğısının ildən ilə artmasının bir göstəricisi olduğunu qeyd edib: “2016-cı ilin 15 fevralından tətbiq olunan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi dövlət sosial yardım sisteminin müasir əsaslar üzərində və tam şəffaf şəraitdə, ünvanlılıq prinsipinə uyğun formalaşmasına imkan verən, ötən müddətdə özünü məhz gözlənilən səviyyədə doğruldan uğurlu təcrübələrimizdən biridir. Sosial yardımın alınması üçün vətəndaşlar tərəfindən edilən elektron müraciətlərə sistem tərəfindən elektron şəkildə baxılaraq qərar qəbulu prosesi normal qaydada davam etdirilir. Həmin elektron sistemin tətbiqi ictimai məmnunluğa səbəb olmaqla ünvanlı dövlət sosial yardımı ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayının da minimuma enməsi ilə nəticələnib.

İclasda hesabat məruzəsi ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev sosial cəhətdən həssas əhali qruplarının maddi təminatlarının gücləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların diqqət və qayğı ilə əhatə olunması, sosial xidmətlərin təşkili və s. sahələrdə görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində dövlət təminatında yaşayanların sayı 1089 nəfər təşkil edib. Bu dövrdə Fondun yerli orqanlarının sosial işçiləri tərəfindən 11209 nəfər tənha ahıl və əlillliyi olan şəxsə evlərində sosial məişət xidməti göstərilib. Nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan layihələr üzrə 2000 nəfərdən çox ehtiyacı olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Son 6 ayda əlilliyi olan insanların asudə vaxtının təşkili məqsədi ilə bu təbəqədən olan 906 nəfərin Lənkəran, Xaçmaz və Quba rayonlarında yerləşən istirahət sağlamlıq mərkəzlərində istirahəti təşkil edilib və hazırda da bu işlər davam etdirilir.

Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının və insan alveri qurbanlarına ehtiyac duyduqları yardımların təşkili, əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və digər aidiyyəti fəaliyyət sahələrində görülən işlər də diqqətə çatdırılıb.

İclasda 2017-ci ilin birinci yarımilində əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, sosial proqramların icrası sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. Bu sahədə müsbət nəticələr vurğulanmaqla, yol verilmiş ayrı-ayrı nöqsanlara da toxunulub. Öz fəaliyyətini və əhaliyə xidmətin təşkilini düzgün qura bilməyən və işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib. S.Müslümov pensiya qanunvericiliyində dəyişikliklərdən irəli gələn məsələlər, sığortaedənlərlə işin, habelə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin səmərəli təşkili və s. ilə əlaqədar tapşırıqlarını verib.

Previous Post

Nazir fondun vəzifəli şəxslərini cəzalandırdı

Next Post

Bu çimərliklərdə gürzələr var – XƏBƏRDARLIQ

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Bu çimərliklərdə gürzələr var - XƏBƏRDARLIQ

Bu çimərliklərdə gürzələr var - XƏBƏRDARLIQ

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.