"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Nazir Doha görüşünün uğursuzluğunun səbəbini açıqladı

19 Aprel 2016 - 20:37
in XƏBƏR LENTİ
FacebookVatsap

Doha (Qətər) görüşünün uğurla nəticələnməsinə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) daxilindəki ziddiyyətlər mane olub.

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

 

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev OPEC-in üzv və qeyri-üzv ölkələrinin aprelin 17-də Dohada keçirilən görüşünün yekunlarını qiymətləndirərkən deyib.

Nazirin sözlərinə görə, dünya bazarında neftin qiymətini sabitləşdirmək məqsədilə Dohada imzalanacağı planlaşdırılan saziş hasilat həcminin oktyabradək 2016-cı ilin yanvar səviyyəsində saxlanmasını nəzərdə tuturdu. Belə bir sənədin qəbulu həm OPEC-ə üzv, həm də qeyri-üzv ölkələr üçün ciddi siqnal ola bilərdi. Görüşə dəvət edilən istehsalçı və ixracatçı ölkələrə təqdim edilən saziş layihəsində iştirakçıların neft qiymətlərinin bundan sonra da düşməsinin qarşısını almaq məqsədilə hasilatı dondurmaqla bağlı razılaşdıqları, bu qərarı qəbul edən ölkələrin götürdüyü öhdəliklərə sadiqliyinə nəzarət edilməsi və digər ölkələrin də bu prosesə cəlb olunması istiqamətində tədbirlərin görülməsi ilə əlaqədar yüksək səviyyədə Monitorinq Komitəsinin yaradılması, sənədin qüvvəyə minməsindən sonra neft bazarında yarana biləcək dəyişiklikləri təhlil etmək üçün işçi qruplarının formalaşdırılması və s. məqamlar əksini tapıb.

“Bizə təqdim edilmiş, razılaşdırılmış və müzakirəyə çıxarılacaq layihə bundan ibarət olsa da, elə aprelin 16-da OPEC üzvləri – Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuela təmsilçiləri arasında görüşdən sonra səsləndirilən bəyanatların məzmunu, üstəlik sammitin S.Ərəbistanı, Qətər və İran hökumətləri ilə məsləhətləşmələrin aparılması səbəbindən 6 saat gecikmə ilə başlaması Doha görüşünə olan ümidlərin artıq özünü doğrultmayacağından xəbər verirdi. Toplantıda iştirakçılara yeni saziş layihəsinin təqdim olunması isə bunu bir daha təsdiqlədi”, – deyə nazir qeyd edib.

N.Əliyevin sözlərinə görə, layihənin yeni variantında OPEC üzvü olan bütün dövlətlərin neft hasilatını “dondurmaq” haqqındakı razılaşma sənədini imzalamasının mütləqliyi, yalnız bundan sonra sazişin işlək sayılacağı vurğulanıb. S.Ərəbistanının nümayiş etdirdiyi belə bir mövqe iştirakçı ölkələrin narazılığı ilə qarşılanıb. Neft hasilatının sabit səviyyədə saxlanması təklifinin təşəbbüskarı, Rusiyanın energetika naziri Aleksandr Novak “toplantıya müzakirəyə yox, imzalamağa gəlmişik” deyə etiraz edib.

Gərgin keçən iclasda ziddiyyətlər özünü hasilatın hansı səviyyədə saxlanmasına dair aparılan müzakirələrdə də göstərib. Belə ki, hasilatın yanvar, mart, hətta 3 aylıq götəricilərə uğun səviyyədə dondurulması təklifləri səsləndirilib. Lakin ümumi razılaşma əldə edilmədiyindən neft hasilatçılarının vaxta ehtiyacının olması nəzərə alınaraq növbəti görüşün iyunda keçirilməsi qərara alınıb.

N.Əliyev hesab edir ki, razılaşma əldə olunsaydı, bu, OPEC üzvü və qeyri-üzv ölkələrin ümumi məqsədlər naminə bir araya gələrək, əməkdaşlıq etməsi baxımından Kartel tarixinə yazılacaq ilk görüş olacaqdı. Gündəlik hasilatı 97 mln. barel olan, dünya hasilatının 1/3-nə nəzarət edən OPEC neftin qiymətinin tənzimlənməsində həlledici mövqe nümayiş etdirməklə, digər neft hasilatçılarının, o cümlədən Azərbaycanın da maraqlarına cavab verən qərarın qəbuluna nail ola bilərdi. Bununla qurum dünya neft bazarında söz sahibliyinə malik olduğunu nümayiş etdirmiş olardı. Lakin belə bir addımın atılmaması göstərib ki, OPEC buna hazır deyil. Burada da məhz geosiyasi amillərin rolu danılmazdır.

Neftin aşağı qiymətinin həm istehsalçı, həm də istehlakçı ölkələr üçün sərfəli olmaması səbəbindən tənzimlənmənin mütləq vacibliyini qeyd edən energetika naziri güman edir ki, buna real imkanları olan ölkələr neft hasilatını artırmaqda davam edəcək. Bu ölkələr ən böyük neft hasilatçıları olan S.Ərəbistanı, İran və Liviyadır. Belə ki, S.Ərəbistanı gündəlik neft hasilatını 12,5 mln. barelə, İran isə emabarqodan əvvəlki səviyyəyə – 4 mln. barelədək artırmaq niyyətlərini bəyan edir. Göründüyü kimi, neftin qiymətinə təsir etmək gücündə olan ölkələr arasındakı fikir ayrılığı neft hasilatında azalmanı təmin edəcək hər hansı uzlaşmanı qeyri-mümkün edir.

Digər neft istehsalçısı olan ölkələrin hasilatında isə artım gözlənilmir.

Qeyd edək ki, Doha sammitində OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Sözügedən iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, S.Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilib.

Previous Post

Nazir Doha görüşünün uğursuzluğunun səbəbini açıqladı

Next Post

Lavrov yenidən Bakıya niyə gəlir?

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Lavrov yenidən Bakıya niyə gəlir?

Lavrov yenidən Bakıya niyə gəlir?

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.