"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Nazim İbrahimovun biznesmen qardaşının ifadəsi məlum oldu

28 Noyabr 2018 - 18:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun istintaqa verdiyi ifadəsi məlum olub.

Elchi.az “Report”a istinadən xəbər verir ki, o, istintaq dövründə bildirib ki, 2004-cü ildə qaynı Taleh Abdullayev “Sahil D Kompani” MMC-ni təsis edib.

S.İbrahimov qeyd edib ki, 2006-cı ildə “İSR Holdinq”lə şifahi razılaşma əldə olunub: “Razılaşmaya əsasən, onların Xətai rayonunda yerləşən torpaq sahəsində hümdürmərtəbəli yaşayış binasını “Sahil D Kompani” tikməliydi, “İSR Holdinq” isə bu işdən pay alacaqdı. 2007-ci ildə Taleh Abdullayev payının 25 faizini mənə, 45 faizini İlham Qasımova, qalanını isə Mercan Hasan, Mercan Mövlana Əli, Mercan Ebubekir Bülent və Süleyman Ecevitə satdı. Daha sonra Taleh şirkətin direktoru vəzifəsinə öz qohumu Məzahir Cəfərovu təyin etdi. Məzahir Cəfərov da rəhmətə gedib. Bundan sonra bütün mənzilləri Məzahir Cəfərov satdı. 1999-cu ildə 95 faiz payı mənə aid olan “STS” şirkətini təsis etdim, direktor da Məzahir Cəfərov oldu. Bizim şirkət Səttar Bəhlulzadə 14 ünvanında yaşayış binasının tikintisinə başladı”.

Onun sözlərinə görə, 2006-2008-ci illərdə həmin ünvanda bina tikilib vətəndaşlara satılıb: “Satışı da Məzahir Cəfərov həyata keçirdi. 2008-ci ildə bina dövlət tədbiri ilə əlaqədar söküldü və oradan bina alanların bəzilərinə nağd pul verildi, bir çoxuna isə Məzahir Cəfərov tərəfindən “Sahil D Kompani”nin tikdiyi binadab mənzil verildi. “STS” və “Sahil D Kompani” şirkətlərinin möhürü həmişə Məzahir Cəfərovda olub. Bir dəfə mən Məzahirdən möhürü istəyəndə verməkdən imtina etdi və itirdiyini söylədi. Mən də Talehə müraciət edib, MMC-nin yeni möhürünü çıxartdırdım. O möhürü də Məzahirə verdim. Sonradan bilmişəm ki, Məzahir bir neçə adamdan pul alaraq saxta imza ilə 2-ci möhürlə onlara mənzil satıb”.

S.İbrahimov dindirilən zaman vurğulayıb ki, “Sahil D Kompani” şirkətinin tikdiyi yaşayış binası üçün 16,6 milyon dollar xərcləyib: “Lakin mən Məzahir Cəfərova “STS” şirkəti adından “Sahil D Kompani”nin tikdiyi binadan mənzil satması göstərişini verməmişəm. Məzahir mənim xəbərim olmadan öz imzası ilə “STS”in möhürünü vuraraq “Sahil D Kompani”nin mənzillərini satıb, pulları isə İlham Qasımovla birgə xərcləyib”.

Təqsirləndirilən şəxs söyləyib ki, həmin binadan mənzil alan şəxslərin əksəriyyəti ilə görüşməyib, onlardan pul almayıb: “Vətəndaşlarla Mızahir Cəfərov görüşüb, alqı-satqını da o həyata keçirib. Amma Zabit Hüseynovun Teymur Əliyev küçəsində yerləşən villasını mən almışam. Onunla razılığımız belə olub ki, ona 500 min dollar və 7 mənzil verəcəyəm. Nağd pulu onlara vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə 100 min manat borcum qalıb, onunla bağlı da borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb”.

Daha sonra S.İbrahimov ifadəsində Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin tikdiyi binadan satılan mənzillərə görə yaranan vergi borcu ilə bağlı yalnız özünü təqsirli bildiyini qeyd edib.

O deyib ki, MMC-dəki digər vəzifəli şəxslər, mühasiblər bundan məlumatsız olub.

S.İbrahimov bildirib ki, 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 37 min manat ödənilib: “Qalan pulu isə ödəmək imkanım olmadığı üçün ödəyə bilmədim”.

İttiham aktında qeyd edilib ki, S.İbrahimov zərərçəkmişlərə dəyən 3 milyon manat məbləğində ziyanı ödəyib. Onlardan biri – Etibar Allahverdiyevə olan 141 min manat borca görə Baş Prokurorluğun Beynəlxalq Bankdakı hesabına 126 min manat pul köçürüb. Qanunsuz sahibkarlıqla əldə etdiyi 1 milyon manatlıq gəlirlə bağlı ödəniş etməyib.

Qeyd edək ki, S.İbrahimovun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılır.

Previous Post

Nazim İbrahimovun biznesmen qardaşının ifadəsi məlum oldu

Next Post

Bakıda işlənmiş avtomobillərin qiymətləri bahalaşacaq – PROQNOZ

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47

Erkən nikah gənclərin təhsilinə, sağlamlığına və gələcək həyatına ciddi təsir göstərən sosial problemlərdən biridir. Bu nikahlar ailələrin sosial və psixoloji...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

08 Oktyabr 2026 - 17:26

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Yasamal Rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib. Elchi.az...

Next Post
Bakıda işlənmiş avtomobillərin qiymətləri bahalaşacaq – PROQNOZ

Bakıda işlənmiş avtomobillərin qiymətləri bahalaşacaq - PROQNOZ

Bakıda işlənmiş avtomobillərin qiymətləri bahalaşacaq – PROQNOZ

Bakıda işlənmiş avtomobillərin qiymətləri bahalaşacaq - PROQNOZ

Son xəbərlər

Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

09 Oktyabr 2026 - 09:46
Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib – YENİLƏNİB

Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib – YENİLƏNİB

09 Oktyabr 2026 - 09:34
Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dolları ötüb

Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dolları ötüb

09 Oktyabr 2026 - 09:25
Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

09 Oktyabr 2026 - 09:12
GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.