Qazaxıstanın indiki prezidenti Nursultan Nazarbayev prezident seçkilərində qalib gəlib, ilkin məlumata görə o, 97,7% səs toplayıb. İkinci yerdə Kommunist partiyasının katibi Turqun Sızdıkovdur, üçüncü yerdə isə Həmkarlar Federasiyasının sədri Abelqazi Kusainovdur. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov bildirib.
“Operativ məlumatlara müvafiq olaraq, hal-hazırda səslər aşağıdakı kimi bölünüb: Turqun Sızdıkova – 1,6%, Abelqazi Kusainova – 0,7%, Nursultan Nazarbayevə – 97,7% seçici səs verib”, – Turqankulov bazar ertəsi birifinqdə bildirib.
Qazaxıstan prezidentinin növbədənkənar seçkiləri aprelin 26-da keçirilib. Dövlət başçısı postuna üç namizəd var idi: indiki prezident Nursultan Nazarbayev, Kommunist partiyasının katibi Turqun Sızdıkovdur və Həmkarlar Federasiyasının sədri Abelqazi Kusainov.