Moskva ümid edir ki, Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinləri tezliklə Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsi ilə bağlı konkret razılaşmalar əldə edə biləcəklər.
Elchi.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, Bakıda keçirilən görüşlərdə Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qurulması üzrə danışıqlar prosesinin gedişi müzakirə olunub:
“Ümid edirik ki, tezliklə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri müvafiq üçtərəfli işçi qrupun həmsədrləri kimi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu marşrutunun istifadəsinin bərpası ilə bağlı konkret razılaşmalar əldə edə biləcəklər”.
Ləğv olunan bankların əmlakları harraca çıxarıldı
Aprelin 26-da Bakı Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan Dəmir Bank ASC-nin, mayın 2-də isə Muğanbank ASC-nin daşınar və daşınmaz...