"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Naxçıvan Hava Limanının fəaliyyətində nöqsanlar…

16 May 2023 - 16:31
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycan Hesablama Palatası Naxçıvan Beynəlxalq Hava Limanı və onun tabeliyində olan Aeroport Taksi MMC-də 2023-cü ilin fevralın 15-dən martın 18-dək apardığı yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar edilib.
ali audit qurumuna istinadən xəbər verir ki, audit yoxlamaları 2021-2022-ci illəri əhatə edib.
Əhatə olunan dövrdə hava limanının xərcləri 28 milyon.471 min 323 manat (amortizasiya xərcləri daxil olmaqla), gəlirləri isə 20 milyon 631min 647 manat təşkil edib.
“Naxçıvan Beynəlxalq Hava Limanı təsərrüfat hesablı müəssisəsi ilə özəl şirkətlər arasında hava gəmilərinin enmə-qalxmasının təminatına dair müqavilələr bağlayıb. Müqavilələrin şərtlərinə əməl edilməyərək yerüstü, texniki və kommersiya xidmətləri, aeroport yığımı, təhlükəsizlik yığımları, təyyarənin artıq dayanması, xüsusi təhlükəsizliyi və qorunması və s. xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, ümumilikdə xidmətlərin dəyəri hesablanmayıb və özəl şirkətlərdən alınması təmin edilməyib.
Hava gəmilərinə texniki xidmət, gələn sərnişinlərin təhlükəsizlik yığımı və hava gəmilərinin təhlükəsizlik xidmətinin haqları özəl aviaşirkəti ilə bağlanmış müqavilənin şərtlərinə daxil edilməmiş, nəticədə bu xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, hava limanı tərəfindən ümumilikdə bu xidmətlərin dəyərini təşkil edən 288 min 529 manat məbləğində xidmət haqqının özəl aviaşirkətindən alınması təmin edilməyib.
Bununla yanaşı, hava limanı ilə bir sıra hava yolları şirkətləri arasında bağlanmış müqavilələr üzrə göstərilən xidmətlərin tarifləri (enmə-qalxma, kommersiya xidməti, yerüstü xidmət və aeroport yığımı) arasında fərqlər yaranıb və bunun nəticəsində hava limanının gəlirlərinin azalmasına (bəzi hallarda artmasına) səbəb olub”, – məlumatda deyilir.
Yoxlamanın nəticəcələrinə görə, hava limanının Aerovağzal binasında və Aviakassa binasında fiziki və hüquqi şəxslərə icarəyə verilmiş qeyri-yaşayış sahələri üzrə faktiki icarə sahəsinin az göstərilməsi nəticəsində icarədarlardan vəsait az hesablanaraq alınmayıb.
“Azərbaycan Prezidentinin 06.09.1997-ci il tarixli 629 nömrəli Fərmanının tələbinə əməl edilməyərək dövlət əmlakının icarəyə verilməsində dövr ərzində 59 min 615 manat vəsaitin 50 %-i, yəni 29 min 807 manatı dövlət büdcəsinə ödənilməyib, eyni ilə “Aeroport Taksi” MMC ilə də Fərmanının tələblərinə əməl edilməyərək dövlət əmlakının icarəyə verilməsindən 36,4 min manat icarə haqqının 50 %-i, yəni 18,2 min manat dövlət büdcəsinə ödənilməyib.
Aerovağzalın dayanacaq (parklanma) xidmətindən əldə olunan vəsaitdən, abunə kartlarına görə abunəçilərdən yığılan vəsaitdən, Naxçıvan Beynəlxalq Hava Limanında ödənişli baqaj yükü üzrə xidmətlərdən daxil olan vəsaitdən, “Biznes Sinif Şəxslər” (CİP) xidmətindən istifadə edən sərnişinlərə göstərilən müvafiq xidmətlərdən nağd şəkildə daxil olan vəsaitlərdən, sərnişinlərin baqaj yüklərinin sarğı materialı ilə bağlanmasından daxil olan vəsaitlərdən və Bakı şəhərinə yük göndərənlərdən (1 kq yük üçün mövcud tarifdən 0,15 manat və ya 0,20 manat) baha qiymət tətbiq edilməklə tarifdən artıq nağd pulun alınmasından gələn vəsaitlərdən cuzi məbləğ Hava Limanının bankdakı hesabına ödənilib, qalan vəsait yayındırılaraq hava limanının bankdakı hesablaşma hesabına ödənilməyib. Nəticədə hava limanın gəlirlərinin azalmasına səbəb olub”, – məlumatda deyilir.
Bildirilir ki, audit əhatə etdiyi dövrdə satınalmaların keçirilməsində malsatan və podratçıların iştirakı zamanı onların azad rəqabət hüququnun qorunması, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi və dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq prinsiplərinə hava limanı tərəfindən əməl edilməyib. Hava limanın 2021-ci ildə 92 hüquqi və fiziki şəxslərlə və 2022-ci ildə 91 hüquqi və fiziki şəxslərlə dövlət satınalma metodu tətbiq edilmədən birbaşa müqavilə bağlanılaraq həyata keçirilb ki, bu da hava limanının xərclərinin 36 %-nı təşkil edib.
Hava limanı tərəfindən 2021-2022-ci illərdə alınmış idxal malları üzrə büdcəyə ödənilməli olan 116,3 min manat məbləğində əlavə dəyər vergisi dövlət büdcəsinə deyil, Naxçıvan MR-nın İnkişafı və Müdafiəsi Fonduna köçürülüb. Xarici ölkələrdə CL-605 tipli, bort №-si M-TRBS olan təyyarəyə texniki qulluq mövzusunda təşkil olunan kurslarda və praktiki-təcrübələrdə iştirak etmək üçün xarici ölkələrə ezam edilən hava limanı əməkdaşına artıq ezamiyyə xərcləri çəkilib.
Naxçıvan Beynəlxalq Hava Limanının təmir-tikinti, quraşdırma işlərinə özəl şirkətlərlə bağlanmış müqavilələr üzrə görülən işlər cari bazar qiymətlərinə uyğun müqavilə qiymətləri ilə həyata keçirildiyi halda yerinə yetirilmiş işlərin həcminə 12 % üstəlik xərc, 8 % plan yığımının və nəzərə alına bilməyən xərclərin işlərin həcminə daxil edilməsi nəticəsində artıq dövlət vəsaiti podratçılara ödənilib.
Həmçinin Naxçıvan Beynəlxalq Hava Limanı tərəfindən mal-materialların, avadanlıqların alınması və quraşdırılmasına görə şirktlərlə müqavilələr bağlanılıb. Lakin müqavilələrdə alınan mallar və görülən işlərin cari bazar qiymətlərindən baha qiymətə alınması və bəzən isə müqavilə qiymətlərinə tətbiq olunan əlavələrin edilməsi nəticəsində hava limanın xərclərinin artmasına səbəb olub.
“Mühasibat uçotu haqqında” Qanunun tələblərinə əməl edilməyərək maliyyə-təsərrüfat əməliyyatlarının uçotu 1995-ci ildə Maliyyə Nazirliyinin təsdiq etdiyi Hesablar Planına və uçot qaydalarına aparılmış, mühasibat uçotunun aparılması, mühasibat uçotu sənədlərinin və maliyyə hsabatlarının tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi hazırkı hüquqi aktlara uyğun aparılmayıb.
Mühasibat uçotunun aparılması ilə bağlı hüquqi aktların tələblərinə tam əməl edilməməsi, ayrı-ayrı kreditorlar (işçilərlə, büdcə ilə və sığorta orqanları ilə hesablaşmalar) üzrə araşdırma aparılarkən 2021-ci ildə 780 min 452,76 manat kreditor borcu və eyni zamanda hüquqi və fiziki şəxslərdən mal-materialların alınması, xidmətlərin göstərilməsi, icarə haqlarının ödənilməsi üzrə 2021-ci ildə 517 min 487 manat, 2022-ci ildə 689 min 891 manat debitor borcları uçot registrlərində və maliyyə hesabatlarında əks etdirilməyib.
Hava limanı tərəfindən daxili nəzarətin təşkili vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Hava limanının Əsasnaməsinin müvafiq bəndlərinin tələblərinə əməl edilməyərək struktur bölmələrində mövcud olan ştat vahidlərinin sayı artırılıb, limanın fəaliyyətinin SWOT təhlili aparılmayaraq onun zəif və güclü tərəfləri, təhlükələri və imkanları açıqlanmamış, risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə tədbirlərin görülməsi təmin olumayaraq inkişafına dair təkliflər verilməyib.
Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda hava limanıın yoxlamalarının nəticələri barədə məlumat müvafiq quqmlara göndərilib.

Bunu da oxuyun

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Previous Post

Naxçıvan Hava Limanının fəaliyyətində nöqsanlar…

Next Post

Bu tarixdən MİQ imtahanlarına sənəd qəbulu başlayır

Bənzər yazılar

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

24 Sentyabr 2026 - 10:08

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu...

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin enerji və gəmiqayırma sahələrində ixtisaslaşmış "Karadeniz Holding"nin İdarə Heyətinin sədri Osman Murat Karadenizlə görüşüb....

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

23 Sentyabr 2026 - 15:30

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 milyon ABŞ dolları təşkil edib. Elchi.az...

Mərkəzi Bankın inflyasiya proqnozu

Mərkəzi Bankın inflyasiya proqnozu

23 Sentyabr 2026 - 13:51

Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya gözləntilərini açıqlayıb. Elchi.az xəbər verir ki, AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında...

Next Post
Olimpiada üçün rekord sayda şagird qeydiyyatdan keçdi

Bu tarixdən MİQ imtahanlarına sənəd qəbulu başlayır

Olimpiada üçün rekord sayda şagird qeydiyyatdan keçdi

Bu tarixdən MİQ imtahanlarına sənəd qəbulu başlayır

Son xəbərlər

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

24 Sentyabr 2026 - 10:19
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

24 Sentyabr 2026 - 10:08
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü Bakı Şəhər Halqasında intensiv proqramla başlayacaq

Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü Bakı Şəhər Halqasında intensiv proqramla başlayacaq

24 Sentyabr 2026 - 10:00
IV Bakı Təhlükəsizlik Forumu keçirilib

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

24 Sentyabr 2026 - 09:51
Laçında dağlıq ərazidə yanğın olub – VİDEO

Laçında dağlıq ərazidə yanğın olub – VİDEO

24 Sentyabr 2026 - 09:44
Bakıda Gürcüstan-Azərbaycan parlamentlərarası əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunacaq

Bakıda Gürcüstan-Azərbaycan parlamentlərarası əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunacaq

24 Sentyabr 2026 - 09:35
Bakının bu ərazilərində 6 saat işıq olmayacaq

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

24 Sentyabr 2026 - 09:27
Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək

Yeni Suraxanının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

24 Sentyabr 2026 - 09:14
“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.