Navalnını yenidən cəza kamerasına saldılar

71

Rusiya müxalifətinin lideri Aleksey Navalnı ötən ilin dekabrın 31-də cəzasını çəkdiyi Vladimir vilayətindəki ciddi rejimli cəzaçəkmə müəssisəsində 10-cu dəfə “karser”ə salınıb.

Elchi.az xəbər verir ki, bu barədə Navalnının adından sosial media hesablarında mesaj dərc olunub.

Məlumata görə, koloniya rəhbərliyi onun saat 05:24-də üzünü yumasını qanun pozuntusu hesab edib. Rəhbərliyin fikrincə, gündəlik rejimə görə məhkumlar üzlərini saat 6-da yumalı imiş. Navalnı 15 sutka cəzaçəkmə kamerasına salınıb.

“Mənim Yeni illə bağlı gözəl planlarım vardı, bunun üçün bir paket kartof çipsisi və bir banka turşu saxlamışdım”, – deyə müxalif siyasətçi yazıb. Onun sözlərinə görə, Yeni il gecəsini yatmaqla keçirib.