NATO iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli modernləşdirilməsi planlarını açıqlayacaq. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə iyunun 7-də ABŞ-ın NATO-nun Brüsseldəki mənzil-qərargahındakı daimi nümayəndəsi Culian Smit bildirib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı Kiyevə praktiki dəstəyin genişləndirilməsi yollarını axtarır, həmçinin siyasi cəbhədə Ukraynaya yardım paketini nəzərdən keçirir.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansı ölkələrinin Kiyevə yardımı gücləndirəcəyini bildirmişdi. Onun sözlərinə görə, sammitdə qəbul olunacaq qərarlar əhəmiyyətli olacaq və Ukrayna qüvvələrinə NATO standartlarına yaxınlaşmağa imkan verəcək.
Havar Şəfiyeva