Çinin Renmin Universitetinin Qlobal və Regional Araşdırmalar Məktəbinin baş elmi işçisi Vanq Xianju NATO hərbi təliminin əsas məqsədinin nə olduğunu açıqlayıb. Elchu.az xəbər verir ki, onun sözlərini “Global Times” qəzeti sitat gətirib.
Xianju alyansın Rusiya təhlükəsi imicini yaratmaq istəyini bəyan edib. Lakin bu istək dünyada gərginliyi daha da artıracaq, deyə xəbərdarlıq edib.
“NATO-nun məqsədi “Rusiya təhlükəsi”nin formalaşmasını davam etdirmək, anti-Rusiya siyasətinə Aİ vətəndaşlarının dəstəyini cəlb etmək və gələcək müdafiə xərclərinə və Rusiyaya iqtisadi təzyiqə haqq qazandırmaqdır”, – ekspert qeyd edib.
Qeyd edək ki, daha əvvəl təlimlər zamanı NATO-nun gizli planları məlum olub. Keçmiş hərbi kəşfiyyatçı və politoloq Edin Subaşiç alyansın hadisədən Kiyevə strateji yardımı ört-basdır etmək üçün istifadə edə biləcəyini irəli sürüb.
Havar Şəfiyeva