NATO sülhü tezləşdirmək üçün Ukraynaya silah tədarükünü artıracaq

39

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, alyans Ukraynaya hərbi yardımı artırmalıdır ki, Kiyev üçün məqbul şərtlərlə Rusiya Federasiyası ilə sülh razılaşması əldə olunsun.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Madriddə NATO Parlament Assambleyasının iclası zamanı bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ərazisinə dağıdıcı zərbələri fonunda NATO silah, o cümlədən hava hücumundan müdafiə sistemləri, həmçinin yanacaq və digər vasitələrin tədarükünü genişləndirməlidir:

“Alyans münaqişənin Ukrayna üçün məqbul olan sülh yolu ilə həllinə sadiqdir və bunu döyüş meydanındakı uğur müəyyənləşdirir”,- deyə Stoltenberq sözlərini yekunlaşdırıb.

Yeganə