NATO Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Rumıniyaya AWACS təyyarələrini yerləşdirəcək

51

Çatdırılmaların 17 yanvar 2023-cü il tarixinə qədər başa çatdırılması planlaşdırılır.
Elchi.az xəbər verir ki, Şimali Atlantika Alyansı Moskvaya qarşı kəşfiyyat aparmaq üçün gələn çərşənbə axşamı, yanvarın 17-nə qədər özünün AWACS erkən xəbərdarlıq təyyarəsini Rumıniyaya yerləşdirməyi planlaşdırır. Bu barədə cümə günü, yanvarın 13-də alyansın mətbuat xidməti məlumat yayıb.
“NATO AWACS təyyarələrini Rumıniyanın paytaxtı Buxarestə göndərəcək. Təyyarələr 2023-cü il yanvarın 17-də gəlməlidir və onlar NATO-nun regionda genişləndirilmiş hərbi mövcudluğunu dəstəkləyəcək və Rusiyanın hərbi fəaliyyətini izləyəcəklər”, – mətbuat xidmətinin bəyanatında deyilir.
DPA agentliyinin hərbi dairələrə istinadən verdiyi məlumata görə, burada söhbət üç təyyarədən gedir.
Xatırladaq ki, bu həftə, yanvarın 11-də Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq NATO və Avropa İttifaqına üzv ölkələri Artemivsk və Soledar yaxınlığında baş verən hadisələr fonunda Ukraynaya hərbi yardımın həcmini artırmağa çağırıb.

Şayəstə