NATO-nun baş katibinin müavini Mirça Joanna bildirib ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır, ona görə də NATO uzunmüddətli perspektivə hazırlaşmalı və lazım olduğu qədər Ukraynanı dəstəkləməlidir.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, hərbi liderlərin iclasının açılışında çıxış edən Joanna deyib ki, NATO-ya üzv dövlətlər müdafiə sahəsinə daha çox sərmayə qoymalı, hərbi sənaye istehsalını artırmalı və gələcək müharibələrə hazırlaşmaq üçün yeni texnologiyalardan istifadə etməlidirlər.
“Putinin hədəflərinin dəyişdiyinə dair heç bir əlamət yoxdur. Rusiyan 200 mindən çox əlavə əsgəri səfərbər edib. Ona görə də biz uzun müddətə hazır olmalıyıq. 2023-cü il çətin il olacaq və biz Ukraynaya nə qədər vaxt lazımdırsa, o qədər də dəstək göstərməliyik”.
Yeganə