Yanvarın 17-18-də Brüsseldə NATO Hərbi Komitəsinin sessiyası, o cümlədən ilk dəfə Ukrayna-NATO Şurası formatında konfrans keçiriləcək.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
“NATO-nun ali hərbi orqanı olan Hərbi Komitə 2024-cü il yanvarın 17 və 18-də Brüsseldə təkbətək görüş keçirəcək. Birinci günün son iclasında müdafiə nazirliklərinin rəhbərləri ilk dəfə olaraq Ukrayna-NATO Şurası formatında görüş keçirəcəklər”, – deyə alyansın məlumatında bildirilib.
Ümumiyyətlə, alyansın mətbuat xidmətində deyildiyi kimi, hərbi komitənin iclası alyans üçün strateji əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinə imkan verəcək. Baş qərargah rəislərinin NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitində qəbul edilmiş qərarların icrası prosesini, həmçinin Vaşinqtonda keçiriləcək növbəti sammitə hazırlığı müzakirə edəcəyi gözlənilir.
“Həmçinin müdafiə sənayesi məsələləri, imkanlar, əməliyyat planlaşdırması və imkanların təmin edilməsi ilə bağlı daha geniş müzakirələr aparılacaq”, – deyə məlumatda deyilir.
Yeganə